İranın Ermənistana dəstək verməsinin səbəbi bu ölkədir - Şeyx Tüfeyli

İranın Ermənistana dəstək verməsinin səbəbi bu ölkədir - Şeyx Tüfeyli
"O vaxt (1990-cı illərin əvvəllərində) İranın xarici işlər naziri Əli Əkbər Vilayəti ilə danışdım. Niyə müsəlmanlara qarşı xristian erməniləri dəstəkləyirsiniz, deyə soruşdum. Mənə verdiyi cavab belə oldu: Ermənistan SSRİ-dən ayrılan Azərbaycan, Türkmənistan və digər türk respublikaları ilə Türkiyə arasında maneə yaradır”.

Sfera.az xəbər verir ki, bu sözləri Hizbullahın ilk baş katibi və qurucusu Şeyx Sübhi Tüfeyli İranın Ermənistanı dəstəkləməsi haqda danışarkən deyib.
 
"Ona görə də biz Ermənistanı dəstəkləyərək güclənəcəyik ki, Türkiyənin yolu kəsilmiş olsun. O dövrdə Azərbaycan müstəqilliyini yeni əldə etmişdi və orada İsrail deyə bir şey yox idi. İran mediası və siyasətçiləri Ermənistanın işğalına dəstək verirdilər. Elə Ermənistanın baş naziri "İranın dəstəyi olmasaydı, 1990-cı illərin əvvəllərində Ermənistan ordusu məğlub olardı” dedi. Hətta Azərbaycanın işğalı üçün Ermənistana hərbi və maddi-texniki dəstək göstərilirdi", - deyə Tüfeyli bildirib.

Turan Rzayev
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Ermənistan sülh müqaviləsinin imzalanmasını illərlə uzatmaq istəyir" - Politoloq

Hələ bir neçə həftə əvvələ qədər, Azərbaycan və Ermənistan görüşü ilə bağlı gözləntilər böyük idi. Xüsusilə sülh sazişinin imzalanması məsələsi əsas müzakirə ob...

ABŞ dövlət katibinin Bayramov və Mirzoyanla görüşü – Əsas müzakirələr, çıxan nəticələr

"Azərbaycanın mövqeyi sabit və birmənalıdır. 30 ilə yaxındır, davam edən Qarabağ münaqişəsi başa çatıb. Ermənistan 10 noyabr razılaşmasının bütün bəndlərini y...

Soçi razılaşması pozulur: Növbəti addımlar necə olacaq?

"Üçtərəfli İşçi Qrupunun Moskvada baş tutan görüşündə razılaşma əldə olunmayıb. Soçidə Putinin açıqlamasından çıxan nəticə belə idi ki, kommunikasiyanın bərpası...

“Bakı və İrəvan arasındakı mübahisəli məsələlər diqqətimizdədir” - Lavrov

"Ermənistan və Azərbaycan arasında mübahisəli məsələlərin davamlı həlli yollarının axtarışı Rusiyanın diqqət mərkəzində qalır”. Sfera.az xəbər verir ki, b...

NATO-Rusiya gərginliyi davam edir: Bölgənin aqibəti necə olacaq?

Son günlər Rusiya və NATO arasında siyasi-hərbi vəziyyət gərginləşməkdə davam edir.  Rusiya Prezidenti Vladimir Putin də NATO-nun Ukraynada hərbi infrastru...

Bakı İƏT-in XV Zirvə Toplantısında nəyə nail oldu? - ŞƏRH

Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı öz işini yekunlaşdırdı. Görüşdə Azərbaycan Respublikasını...