“İranın Azərbaycana qarşı yürütdüyü yaramaz siyasəti anlamayanlar nadan adamlardır\" - Rəsul Quliyev

“İranın Azərbaycana qarşı yürütdüyü yaramaz siyasəti anlamayanlar nadan adamlardır\
"İranın başında durmuş azərbaycanlı şiə ruhani Xamneinin apardığı siyasət Ermənistanla dostluq etməsindən, Azərbaycanın Türkiyə və başqa ərəb ölkələri ilə dostluğunu qəbul etməməsindən ibarət olub”.
 
Sfera.az bildirir ki, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib. 

Onun sözlərin görə, İranın belə bir siyasət aparması yeni deyil və azı 30 yaşı var:

"Türkiyənin keçmiş prezidenti Turqut Özal Azərbaycanın yanında dayananda, İran Ermənistana yanacaq məhsulları, qaz vermək barədə düşünürdü. Ermənistanın xarici ticarətinin əsası İranla idi və bu hazırda da belədir. Azərbaycanın 44 günlük Vətən müharibəsində də İran İslam Respublikası Azərbaycan qələbə çalana qədər ağzına su alıb dayanmışdı.

Əlbəttə ki, İran bizim böyük qonşumuzdur. 19-cu əsrə qədər bizim İranla tariximiz eynidir. Lakin bütün bunlara baxmayaraq, İran dünyanın, xüsusilə Azərbaycanın dəyişdiyini anlamalıdır. Əsl dostluq, qardaşlıq əlaqələrini yaratmalıdır”.

R.Quliyev qeyd edib ki, Azərbaycan heç vaxt İranın əleyhinə siyasət aparmayıb:

"İranın bu günədək Azərbaycana qarşı yürütdüyü yaramaz siyasətini anlamayanlar nadan adamlardır və onlar Azərbaycanda yüksək vəzifələr daşıya bilməz! İrana yaltaqlananlar, yaranmağa çalışanlar və buna bənzər başqa addımlar atanlar faktiki İranın agentləridir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.   Sfera...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışı...

Hindistan XİN: "Bakı və İrəvanla yaxşı münasibətlərimiz var, lakin müdafiə sahəsində ixracı təşviq edirik"

Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Yeni Delhini müdafiə sahəsində ixracın təşviqi maraqlandırır.   Sfera.az TASS-a istinadən xəb...

"Hakimlər təzyiq altındadır" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatında hakimlərin işindən danışıb.   Sfera.az bildirir ki, o, hakimlərin dü...

Qırğızıstan Prezidentinə Qarabağ atı HƏDİYYƏ EDİLDİ

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.   Sfera.az-ın məlumatına görə, aprelin 25-də Ağdamda...

Avropa rus qazını LNG ilə əvəzləyib

Son 3 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin idxal etdiyi təbii qazda Rusiyanın payı 41 faizdən 10 faizə düşüb, əvəzində mayeləşdirilmiş təbii qazın (LNG) payı 2...