"İranın Azərbaycana qarşı daha məkrli təxribat ssenariləri var" - Erməni iddialarına “Şah Abbasın fərmanı” ilə dəstək...

"İranın ərazilərimizə qanunsuz yük daşınmasından daha təhlükəli və daha məkrli təxribat ssenariləri var”.
 
Sfera.az bildirir ki, bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib. O, bir neçə gün öncə İranın Ermənistandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Hüseyn Tabatabai və eyni ölkənin akademiyasının mədəni irsin araşdırılması institutunun prorektoru Mürtəza Rezvanfarinin Ermənistan milli arxivinin direktoru Qriqor Arşakyanla görüşünə diqqət çəkib:

"Tərəflər görüşdə tarixi və mədəni irsin qarşılıqlı olaraq tanınması, həmçinin arxiv məlumatlarının mübadiləsi, bununla bağlı əməkdaşlığın genişlənməsi və memarandumun imzalanması barədə razılığa gəliblər. İRİ təmsilçiləri görüşdə İranla bağlı erməni arxivlərində saxlanılan sənədlərlə yaxından tanış olmaq istədiklərini bildiriblər və Ermənistan tərəfi də öz arxivlərini açacaqlarını vəd ediblər. 

Ermənistan milli arxivinin direktoru Qriqor Arşakyan İran təmsilçilərinə ölkəsinin arxivlərində saxlanan bir sıra sənədlərlə bağlı məlumat verib və qeyd edib ki, bu sənədlərin arasında "Şah Abbasın 1607-ci ildə erməni məliklərinə Azərbaycanın Laçın, Qubadlı və Zəngilan rayonlarında iri torpaq sahələri ayırması ilə bağlı fərmanı” da var. Qriqor Arşakyan İran təmsilçilərinə həmin "fərman”la tanış olmağa imkan yaradacağını vəd edib və belə bir imkanı yaradıb da. Güman edirəm ki, belə bir görüşün hansı səbəblərdən keçirildiyi, Ermənistan milli arxivinin direktorunun dilindən səsləndirilən "Şah Abbasın fərmanı” ilə bağlı məqamlardan aydın oldu”.

E.Mirzəbəyli qeyd edib ki, erməni tərəfinin iddialarına görə, Gorus-Qafan yolunun Qubadlı rayonundan keçən hissəsi və "Laçın dəhlizi”nin keçdiyi ərazi sözügedən "fərman”la erməni məliklərinə verilibmiş:

"Tarixçi deyiləm və bu baxımdan düşünürəm ki, məsələnin tarixi tərəfinə aydınlıq gətirmək, Azərbaycan tarixçilərinin işidir. Siyasi şərhçi və araşdırmaçı kimi vəzifəm ölkəmizə qarşı planlaşdırılan təxribat ssenarilərini aşkarlamaq və ictimai rəyə təqdim etməkdən ibarətdir. Göründüyü kimi İranla Ermənistan Azərbaycana və qənaətimə görə, həm də Türkiyəyə qarşı "tarixi arxiv sənədləri” müstəvisindən birgə fəaliyyətə başlayacaq və beynəlxalq müstəvidə bu istiqamətdə səylərini birləşdirəcəklər”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bu bürcün nümayəndələri Aprel ayında maddi çətinliyi unudacaq

Rusiyalı astroloq Tamara Qloba iddia edir ki, aprel ayında Oğlaq bürcünün nümayəndələri maliyyə sahəsindəki çətinlikləri unudacaqlar. Sfera.az xəbər verir ...

"Tramp qalib gəlməlidir"- Böyük Britaniyanın sabiq nazirindən MÖVQE

Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass bildirib ki, Donald Tramp ABŞ prezident seçkilərindən sonra Ağ Evdə olmalıdır. Sfera.az xəbər verir ki, bu b...

Dünyanın Ən Böyük Ailələri

Ailələrini genişləndirmək üçün rekord qıran bir çox ailələr var.   Sfera.az dünyanın ən böyük 10 ailəsini təqdim edir.    1. Zio...

Cennifer Lopez bacılarını göstərdi - FOTO

54 yaşlı amerikalı müğənni və aktrisa Cennifer Lopez bacıları ilə nadir fotosunu nümayiş etdirib.    Sfera.az bildirir ki, Cennifer Lopez ailə f...

Dünyada bu xəstəlik tək bir nəfər körpədə var- “Benjamin Button"

33 yaşlı Steysi və 36 yaşlı Kaylın kiçik qızı İsla Kilpatrik-Screaton, dünyada yeganə olduğu düşünülən, hüceyrələrin sürətlə qocaldığı "Mandibuloakral Disp...

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edildi: Ölənlər var

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib.   Sfera.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi mitinq iştirakçıları...