İrandan külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

İrandan külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son dövrdə 13 kiloqram 927 qram narkotik vasitəyə və 1334 ədəd psixotrop maddəyə bənzər həbin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə qanunsuz keçirilməsinin qarşısı alınıb.

DSX-dən Sfera.az-a bildirilib ki, "Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Alaşa kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən, sərhəd naryadının "dayan” əmrinə tabe olmayaraq ərazinin sıx qamışlıq və meşəlik olmasından istifadə edərək geriyə qaçan sərhəd pozucusu tərəfindən atılmış bağlamada ümumi çəkisi 3 kq 853 qram narkotik vasitə "heroin” və 762 ədəd "metadon-40” həbi aşkarlanaraq götürül­müşdür.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə hərəkətdə olan və hadisə yerindən uzaqlaşmağa çalışan "Mersedes” markalı 44-CB-402 dövlət nömrə nişanlı avtonəqliyyatda Astara rayon sakinləri 1986-cı il təvəllüdlü İskəndərov İskəndər Cabir oğlu və 1987-ci il təvəllüdlü İskəndərov Elnur Cabir oğlu saxlanılmış, araşdırma zamanı E.İskəndərov törətdiyi cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiyini bildirmişdir.

Fakt üzrə cinayət işi başlanılmış, E.İskəndərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində "həbs” qətimkan tədbiri seçilmişdir.

"Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyitli, "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Sərxanlı və Yardımlı rayonunun Arus kəndlərinin yaxınlığında yerləşən sərhəd zastavalarında dövlət sərhədinin gücləndirilmiş mühafizəsi üzrə qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə 3 ədəd sahibsiz halda bağlamalar aşkar edilmiş, baxış zamanı ümumi çəkisi təxminən 10 kiloqram 74 qram narkotik vasitəyə və 572 ədəd psixotrop həbə oxşar maddələr götürülmüşdür.

Adıçəkilən faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...