No Image
No Image

İrandan gələn yük qatarları dezinfeksiya edilir

İrandan gələn yük qatarları dezinfeksiya edilir
 "Azərbaycan Dəmir Yolları” QSC koronavirusla bağlı ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkət edən qatarlarda dezinfeksiya tədbirlərini davam etdirir. 

Sfera.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, sərhəd keçid məntəqələrində sərnişin stansiyaları ilə yanaşı yük qatarlarında da dezinfeksiya işləri aparılır. 

Səhmdar cəmiyyətinin Həkim-Sanitar Xidmətinin dezinfektorları İrandan ölkə ərazisinə daxil olan yük qatarlarında müntəzəm qabaqlayıcı tədbirlər həyata keçirirlər.

Qeyd edək ki, koronavirusla mübarizə tədbirləri Yalama və Böyük Kəsik sərhəd keçid məntəqələrində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə aparılır. Profilaktik tədbirlər nəinki qatarlarda, stansiyaların ərazisində və platformalarda da yerinə yetirilir.

Xatırladaq ki, koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə "Azərbaycan Dəmir Yolları”nda xüsusi qərargah yaradılıb. Bununla yanaşı, Bakı Dəmiryol Vağzalının "qaynar xətt"i (012 499 61 11) fəaliyyət göstərir.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Türkiyə Prezidenti və xanımının şərəfinə nahar verildi - FOTO

İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ə...

Haluk Bayraktar Araz Musayevlə Hərbi Qənimətlər Parkında - FOTO

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədi. Sfera.az xəbər verir ki,...

Bu gün şəhid jurnalist Sirac Abışovun toy günüdür - FOTO

AzTV-nin əmədaşı Sirac Abışovun şəhid olmasından 12 gün, toyundan isə düz iki il keçir. Sfera.az xəbər verir ki, operator Sirac Abışov peşə borcunu yerinə...

Emin Əmrullayev Ankara Universitetinin rektoru ilə görüşdü

Azərbaycanın təhsil naziri Emin Əmrullayev Bakıda Ankara Universitetinin rektoru Necdet Ünüvarla görüşüb. Sfera.az xəbər verir ki, bu barədə N.Ünüvar tvit...

Bu malların satışı onlayn olacaq

Pandemiya dövründə kitab, qəzet və dəftərxana mallarının satışı zamanı onlayn satışlara üstünlük verilməlidir.   Sfera.az xəbər verir ki, bu barədə "Mü...

Ərdoğan Ağdamdakı hərbçilərlə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Bakıya səfəri çərçivəsində Ağdam rayonundakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən türkiyəli hər...