İrandakı silsilə partlayışlar – Təşkilatçı İsraildir, yoxsa…
12:06 / 03.05.2021
1609
"İranda baş verən partlayışlar mövcud hakimiyyətə
qarşı etirazın təzahürüdür və daxildən qaynaqlanır”.
Bu sözləri Sfera.az-a açıqlamasında İranda nüvə
obyektində baş verən partlayışın ardınca Qum şəhərində yerləşən kimya zavodunda
da anoloji olayın yaşanmasına münasibət bildirərkən Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri
Sədrəddin Soltan deyib:
"İranda bir müddət əvvəl nüvə obyektində, indi isə Qum
şəhərindəki kimya zavodunda baş verən partlayış, ümumiyyətlə bu tip hadisələr Tehran
tərəfindən adətən terror aktı kimi dəyərləndirilir. Həmişə hesab edirlər ki, bu
cür hadisələr xaricdən qaynaqlanır və belə olaylarda İsraili günahlandırırlar. Lakin fakt ondan ibarətdir ki, İranda strateji obyektlər yaxşı qorunmur. Təhlükəsizlik tədbirləri çox aşağı səviyyədədir”.
Həmsöhbətimizin fikrincə, İranda baş verən bu təxribatlar
heç də Tehranın iddia etdiyi kimi, kənardan qaynaqlanmır: "Sözügedən
partlayışlar elə daxildə, həmin müəssisələrin öz içərisində hazırlanan təxribatlardır.
Çünki belə strateji obyektlərdə xaricdən hər hansı bir təxribat töprətmək çətindir”.
Elçin