İranda sutka ərzində 487 nəfər COVID-19-dan ÖLDÜ

İranda sutka ərzində 487 nəfər COVID-19-dan ÖLDÜ
İranda ötən sutka ərzində 487 nəfər koronavirusdan (COVID-19) ölüb.

Sfera.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 114 min 311 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 20 min 219 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 5 milyon 295 min 776 nəfərə çatıb.

OXŞAR XƏBƏRLƏR