İranda son sutkada COVID-19-dan 188 nəfər vəfat edib
15:15 / 18.07.2020
2991
İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 188 nəfər vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari bildirib.
Onun sözlərinə görə, İranda koronavirusdan ölənlərin sayı 13 979 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2 166 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxaraq xəstəxanalara yerləşdirilənlərin ümumi sayı 271 606 nəfərə çatıb.