İranda koronavirusla mübarizəyə böyük vəsait ayrılıb

İranda koronavirusla mübarizəyə böyük vəsait ayrılıb

İranda koronavirusla mübarizə və ayrı-ayrı sahələrin hazırkı durumda fəaliyyət göstərməsi istiqamətində 1 kvadrilyon rial (təxminən 23,8 milyard dollar) vəsait ayrılıb.

Sfera.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani koronavirusla mübarizə komitəsinin iclasında deyib. Bu barədə Trend IRINN-ə istinadən məlumat verib.

H.Ruhaninin sözlərinə görə, İranın 5 kvadrilyon riallıq (təxminən 119 milyard dollar) büdcəsinin təxminən 20%-i virusla mübarizə ilə əlaqədar ayrılıb.

Ruhani əlavə edib ki, İranın sanksiyalar şəraitində bu addımı atması dünya üçün bəlkə də təəccübləndirici ola bilər.

İran prezidenti bildirib ki, bu vəsait əvəzsiz maliyyə yardımları və kredit olaraq nəzərdə tutulub. Onun 750 trilyon rialı (təxminən 17,8 milyard dollar) 12% faizli kredit olaraq nəzərdə tutulub.

 

"Ayrılan vəsait vergi, sığorta, kreditlər, kommunal xərclərlə əlaqədar nəzərdə tutulan güzəştlərə aid edilmir”, - deyə o qeyd edib.

Ruhani əlavə edib ki, hazırda İranda koronavirusa yoluxan hər bir şəxsin xərcinin 90%-i dövlət və sığorta tərəfindən ödənilir.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (27 mart) İranda 32 332 nəfərin yeni koronavirusa yoluxduğunu, 2 378 nəfərin öldüyünü və 11 133 nəfərin sağaldığını təsdiqləyib.


OXŞAR XƏBƏRLƏR

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...