İranda internet bərpa olunur
12:30 / 22.11.2019
1433
İran İslam Respublikasında internet qismən bərpa olunub.
Sfera.az bildirir ki, bu barədə "RİA Novosti” məlumat yayıb.
Məlumata görə, bu gündən başlayaraq ölkənin cənubunda - Xormazqan əyalətində internetin bərpa olunub. Artıq "Instagram” və "WhatsApp” sosial şəbəkələrindən istifadə etmək mümkündür.
İranda son bir neçə gündə davam edən etiraz aksiyalarından sonra rəsmilər ölkə ərazisində internetə girişə qadağa qoymuşdular. (yeni sabah)