İranda azarkeşlərin stadiona buraxılmasına icazə verildi

İranda azarkeşlərin stadiona buraxılmasına icazə verildi
İranın Koronavirusa qarşı milli mübarizə qərargahı stadionların açılmasına və futbol azarkeşlərinin oyunları seyr etməsinə icazə verib.

Sfera.az-ın xəbərinə görə, bu barədə hökumət nümayəndəsi Əli Bəhram Çöhrami məlumat verib.

O bildirib ki, Prezident İbrahim Rəisinin sədrlik etdiyi Koronavirusa qarşı milli mübarizə qərargahı Gənclər və İdman Nazirliyinin təklifini müzakirə edib və cari ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə oyunlarına azarkeşlərin buraxılmasına icazə verib.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ildən İranda stadionlar bağlanıb. İstər ölkə çempionatı, istərsə də beynəlxalq görüşlər bir müddət, ümumiyyətlə, dayandırıldı. Ötən il isə milli komandaların oyunları azarkeşlər olmadan keçirilib.

Cari ildə dünya çempionatının seçmə oyunlarında İran Suriyanı 3:0 hesabı ilə məğlub edib. Yanvarın 27-də isə İran növbəti oyununu İraq millisi ilə Tehranda keçirəcək. Futbol azarkeşləri 2 ildən sonra milli komandanın oyununu stadiondan seyr edə biləcəklər.

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...