İranda ağır qəza: 3 nəfər öldü, 24 nəfər yaralandı

İranda ağır qəza: 3 nəfər öldü, 24 nəfər yaralandı

İranın Zəncan-Qəzvin magistral yolunda zəncirvari qəza baş verib.

 

Sfera.az trend-ə istinadən bildirir ki, bu faktı İranın Təcili Yardım Təşkilatının sözçüsü Müctəba Xaledi təsdiqləyib.

 

M.Xaledinin sözlərinə görə, gecə saat 2 radələrində bir avtobus, bir avtomobil və iki yük maşını toqquşub.

     Təşkilat rəsmisi əlavə edib ki, hadisə nəticəsində 3 nəfər həlak olub, 24 nəfər yaralanıb.(milli.az)


OXŞAR XƏBƏRLƏR