İranda 51 mindən çox uşaq koronavirus səbəbilə valideynini itirib

İranda 51 mindən çox uşaq koronavirus səbəbilə valideynini itirib
İranda 51 mindən çox uşaq koronavirus səbəbilə valideynlərindən birini itirib.
 
Sfera.az bildirir ki, bu barədə İranın səhiyyə rəsmiləri məlumat verib. 
 
Yaxın Şərq ölkələri arasında koronavirusdan ən çox zərər çəkən ölkələr arasında İran liderlik təşkil edir. Rəsmi məlumatlara görə, pandemiya başlayandan bu yana ölkədə 124 000 nəfər xəstəlik səbəbilə dünyasını dəyişib. 
 
İran prezidenti İbrahim Rəisi sentyabr ayınadək ölkə əhalisinin 70 faizə qədərinin peyvənd olunacağını bildirsə də, faiz göstəricisi hələlik 20-yə bərabərdir. 
 
Qeyd edək ki, təxminən 83 milyon əhalisi olan İranda, COVID-19 peyvəndinin ilk dozası 48 milyon 474 min 187 nəfərə, ikinci dozası isə 24 milyon 169 min 335 nəfərə tətbiq edilib.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR