İranda 17 mərtəbəli yaşayış binası yandı - FOTO/VİDEO
13:09 / 11.11.2021
1024
İranın şimalında yerləşən Mazandaran vilayətinin Çalus rayonunda 17 mərtəbəli yaşayış binası tamamilə yanıb.
Sfera.az-ın məlumatına görə, bu barədə İran mediası məlumat yayıb.
Binanın 14-cü mərtəbəsindən başlayan yanğın digər mərtəbələrə də yayılıb və yağışın yağmasına baxmayaraq, alovu söndürmək mümkün olmayıb.
Binanın sakinləri tamamilə təxliyə edilib.