İranda 1000-dən çox etirazçı öldürülüb - Xalq onları şəhid kimi dəfn edir + Video

İranda 1000-dən çox etirazçı öldürülüb - Xalq onları şəhid kimi dəfn edir + Video
 ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəsi Brayan Huk İranda benzinin bahalaşmasına qarşı etirazların yatırılması zamanı 1000-dən çox adamın öldürüldüyünü deyib.
 

Sfera.az məlumatına görə, Brayan Huk jurnalistlərə bildirib ki, ABŞ hökuməti İranın İnqilab Keşikçiləri Korpusunun bu ölkənin cənub-qərbindəki şəhərlərdən birində etirazçılara avtomatlardan atəş açdığını əks etdirən videogörüntülər əldə edib.

Onun sözlərinə görə, təkcə həmin insidentdə yüzdən çox adamın öldürüldüyü haqda məlumat alıblar. Daha bir neçə yüz adam isə Tehranda və onun ətraflarında öldürülüb. 

Dövlət Departamenti İnqilab Keşikçilərinin nümayişçilərə avtomatlardan atəş açdığını əks etdirən videokadrları dərc etməyib, amma Brayan Huk bildirib ki, onun ölənlərin sayının 1000-dən çox olduğu barədə qiymətləndirmələri müstəqil qruplardan əldə edilmiş video və informasiyalara əsaslanır.

Diplomat qeyd edib ki, bütün ölkələrin İran xalqı ilə bir olmaq, diplomatik səylərlə İran rejimini təcrid etmək və həmin qətllərə görə məsuliyyət daşıyanların cəzalandırılmasına nail olmaq vaxtı gəlib çatıb.

Bu arada İranda benzinin bahalaşmasına qarşı keçirilən etiraz aksiyalarda öldürülən fəalların dəfni ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb. Videolardan görünür ki, xalq öldürülən fəalları şəhid kimi böyük coşqu ilə son mənzilə yola salır.(yeni sabah)



OXŞAR XƏBƏRLƏR

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...