İran yük maşınlarının Qarabağa getməsini qadağan edən qərar qəbul etdi

İran yük maşınlarının Qarabağa getməsini qadağan edən qərar qəbul etdi
İran yük maşınlarının Laçın dəhlizindən keçməklə Qarabağa getməsini qadağan edib.

APA-nın "Tasnim” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın Beynəlxalq Daşımalar və Avtomobil Yollarının Tranziti və Nəqliyyat Təşkilatının baş direktoru Məhəmməd Cavad Hidayəti qərar imzalayıb.

Təşkilat İran Xarici İşlər Nazirliyinin 9 oktyabr 2021-ci il tarixli direktivinə əsaslanaraq İran beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına məktub ünvanlayıb.

Qərarda bildirilir ki, İran vətəndaşları və sürücülərin Azərbaycan ərazisi olan Qarabağ və Laçın dəhlizinə girişi qadağan edilir.

Qeyd olunur ki, Azərbaycan ərazi bütövlüyünə hörmət olaraq qeyd olunan hallar Ermənistan ərazisindən Qarabağa gedişə cəhd edən İran vətəndaşlarının istisnasız olaraq hamısına aiddir.

"Qətiyyətlə tövsiyə olunur ki, iranlı sürücülər və İran vətəndaşları Azərbaycanın ərazi bütövlüyünə hörmət olaraq, xoşagəlməz hallarla üzləşməmək üçün Ermənistan ərazisindən Laçın dəhlizindən keçməklə Qarabağa səfər etməsinlər”, - deyə qərarda bildirilir.

Qərarda İranın özəl yükdaşıma şirkətlərinə də təkidlə tövsiyə olunur ki, yük maşınlarına Qarabağa səfər etmək üçün sənəd verilməsi qanuna ziddir. (APA)

 


OXŞAR XƏBƏRLƏR

Hindistan XİN: "Bakı və İrəvanla yaxşı münasibətlərimiz var, lakin müdafiə sahəsində ixracı təşviq edirik"

Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Yeni Delhini müdafiə sahəsində ixracın təşviqi maraqlandırır.   Sfera.az TASS-a istinadən xəb...

"Hakimlər təzyiq altındadır" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatında hakimlərin işindən danışıb.   Sfera.az bildirir ki, o, hakimlərin dü...

Qırğızıstan Prezidentinə Qarabağ atı HƏDİYYƏ EDİLDİ

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.   Sfera.az-ın məlumatına görə, aprelin 25-də Ağdamda...

Avropa rus qazını LNG ilə əvəzləyib

Son 3 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin idxal etdiyi təbii qazda Rusiyanın payı 41 faizdən 10 faizə düşüb, əvəzində mayeləşdirilmiş təbii qazın (LNG) payı 2...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...