İran XİN rəhbəri: “Danışıqlar pəncərəsi həmişə açıq olmayacaq”

İran XİN rəhbəri: “Danışıqlar pəncərəsi həmişə açıq olmayacaq”
"Rəsmi Tehran Vyanada İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası üzrə səmərəli danışıqlara hazırdır və uğurlu nəticə əldə etmək əzmindədir”.

Sfera.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianın "Kommersant” qəzetində dərc edilən məqaləsində deyilir.

Onun sözlərinə görə, İranın nüvə sazişi ətrafında mövcud vəziyyət Vaşinqtonun son dörd il ərzində etdiyi hərəkətlər səbəbindən yaranıb:

"İran bu razılaşmanı saxlamaq üçün əlindən gələni etdi. Onu da qeyd edim ki, hazırkı danışıqlar pəncərəsi həmişəlik açıq olmayacaq. ABŞ və üç Avropa dövləti bunu dərk etməlidir. İran İslam Respublikası qeyri-qanuni Amerika sanksiyalarının ləğvi üçün fəal diplomatik səyləri davam etdirmək niyyətindədir, lakin eyni zamanda onların təsirini neytrallaşdırmaq üçün Davamlı İqtisadi İnkişaf Proqramına malikdir”.

Nazir bildirib ki, razılaşma mümkündür və əldə edilə bilər: "Amma bunun üçün Vyana danışıqlarının bütün iştirakçıları həm də siyasi iradələrini əməldə nümayiş etdirməlidirlər. Qərbin verdiyi vədləri yerinə yetirmək öhdəliyinin olmamasına, Ağ Evin yanaşmasına və qeyri-konstruktiv siyasətinə inamsızlığına baxmayaraq, İran Vyana danışıqları zamanı sanksiyaların ləğvi ilə bağlı yaxşı, sabit və effektiv şəkildə yoxlanıla bilən razılaşma əldə etməyi hədəfləyir.

İran İslam Respublikasının nüvə müzakirəçiləri komandası İran xalqının mənafeyini və hüquqlarını təmin edən xoşməramlı, ciddi rəftar və danışıqlar məntiqinə malik olmaqla, bunun üçün hər cür səy göstərməyə hazırdır. Həmkarlarım və mən də nümayəndə heyətimizi və onun rəhbəri, bu mövzuda danışıqlarda böyük təcrübəyə malik olan doktor Əli Baqeriyə fəal dəstək vermək niyyətindəyik”

OXŞAR XƏBƏRLƏR

Şəxsi bank kart məlumatları ələ keçirilir: DİN-dən XƏBƏRDARLIQ

Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallar...

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz&r...

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...

Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat kat...