İran Xarici İşlər naziri Pompeonu yalançı adlandırdı

İran Xarici İşlər naziri Pompeonu yalançı adlandırdı
İranın xarici siyasət idarəsinin rəhbəri Məhəmməd Cavad Zərif ABŞ-ın ölkəsini "Əl-Qaidə” terror qruplaşması əlaqədə olması barədə ittihamlarını uydurma adlandırıb.

Sfera.az-ın məlumatına görə, bu barədə nazi tvitter səhifəsində yazıb.

C. Zərif əlavə edib ki, ABŞ dövlət katibi Mayk Pompeo öz bərbad karyerasını yalan danışmaqla acınacaqlı şəkildə bitirir.

Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo İranı "Əl-Qaidə” terror qruplaşmasının sığınacağı adlandırıb.

OXŞAR XƏBƏRLƏR