İran uranı 60 faizə qədər zənginləşdirir
00:14 / 14.04.2021
1383
İran Natanz nüvə obyektində baş verən qəzadan sonra uranın 60 faizə qədər zənginləşdirilməsinə başlayır.
Sfera.az xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Abbas Araqçı deyib.
"İran sabahdan uranın 60 faizə qədər zənginləşdirilməsinə başlayacağı barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi məlumatlandırıb", - deyə Araqçı bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl İsfahan vilayətinin Natanz nüvə obyektində qəza baş vermişdi. İranın rəsmiləri qəzanın terror aktı nəticəsində baş verdiyini söyləmişdi.