İran üçün kim daha önəmlidir: Ermənistan ya Azərbaycan?

İran üçün kim daha önəmlidir: Ermənistan ya Azərbaycan?
"Azərbaycan-İran ticarət dövriyyəsi 2021-ci ilin ilk 8 ayında 255 mln. 350 min dollar olub. Azərbaycan İrana bu müddət ərzində 19 mln. 235 min dollarlıq mal ixrac edib ki, bu da ümumi ixracımızın 0,15%-i təşkil edir, İran isə ölkəmizə bu dövrdə 236 mln. 775 min dollarlıq mal satıb, bu da Azərbaycanın idxalının 3,22%-idir. Rəqəmlərdən də göründüyü kimi, İran bizə daha çox mal-məhsul satır, Azərbaycan ərazisindən tranzit kimi istifadə edərək başqa ölkələrə də (əsasən Rusiyaya) mal-məhsul ixrac edərək pul qazanır”.

Sfera.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli İran-Azərbaycan və İran-Ermənistan ticari münasibətləri haqda danışarkən deyib.
O bildirib ki, İran-Ermənistan ticarət əlaqələri bu il inkişaf edib:

"Bu ilin ilk 8 ayında İran və Ermənistan arasında ticarət dövriyyəsi 297 mln. 800 min dollar təşkil edib, yanvar-avqust ayında ticari əlaqələr 2020-ci ilin eyni dövrünə nisbətən 15% artıb – deməli, 44 günlük hərbi qələbə ilə başa çatan müharibədən sonra İran Ermənistanla daha sıx iqtisadi əlaqələr qurmağa başlayıb. Ermənistanın İrana ixracı cəmi 40 mln. 700 min dollar, İranın ixracı isə 257 mln. 100 min dollar təşkil edib. İran Ermənistanın Rusiya və Çindən sonra üçüncü ən böyük ticarət tərəfdaşıdır.

Göründüyü kimi, İranın hər iki ölkə ilə ticarət dövriyyəsi təxminən eynidir, deməli, məntiqlə İran ticarətə görə tərəf tutmazdı, belə çıxır ki, İranın davranışında geosiyasi amillər və siyasi məsələlər daha çox rol oynayır”.

Ekspert qeyd edib ki, Cəmiyyətin İrana münasibəti birmənalı deyil, bu da anlaşılandır:

"Azərbaycanın müstəqilliyindən üzü bəri İranın davranışları arzulanmaz olsa da, Tehranla gərginliyin artması indiki dövrdə dövlət maraqlarımıza uyğun deyil. Hərbi qələbə qazanmış, torpaqlarımızın böyük bir hissəsini düşməndən azad etmiş, 132 km. İranla, 400 km.-dən çox Ermənistanla yeni sərhəd xətti yaranmış ölkənin indi əsas məqsədi möhkəmlənmək, sərhədlərimizi qalaya çevirmək, hərbi qələbəni diplomatik uğura aparmaqdır. Buna görə də gərginliyin azadılması yolları tapılmalıdır, amma bu o anlama gəlmir ki, Azərbaycan dövlətinin və cəmiyyətinin İrana olan sualları yoxdur – var, səslənməlidir də, sadəcə, bu gərginliyin artırılması yolu ilə deyil də, diplomatik kanallarla, danışıqlar yolu ilə edilməlidir”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...