İran TIR-ı Azərbaycanda qəzaya uğradı
19:35 / 27.11.2021
1774
Xaçmazda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Sfera.az xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Rusiya magistral yolunun Qusarçay kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, TIR-la VAZ-2106 markalı minik avtomobilinin toqquşması nəticəsində TIR-ın sürücüsü, İran İslam Respublikasının vətəndaşı, 1982-ci il təvəllüdlü Roxrsanavoz Mehri Hüseyn Bəhram oğlu və VAZ-2106-nın sürücüsü Çingiz Ağayar oğlu Salayev xəsarət alıblar.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
(Report)