İran rusiyalı jurnalisti sərbəst buraxdı

İran rusiyalı jurnalisti sərbəst buraxdı

İran höküməti oktyabrın əvvəlində Tehranda saxlanılan rusiyalı jurnalist Yuliya Yuziki sərbəst buraxıb.

Sfera.az qafqazinfo-ya istinadən bildirir ki, məlumatı Rusiyanın İrandakı səfirliyi təsdiqləyib. Onlar Yuzikin İrandan Moskvaya yola düşdüyünü bildirib.   

Diplomatik nümayəndəlik rusiyalının özünü yaxşı hiss etdiyini əlavə edib. 

Xatırladaq ki, jurnalist Yuliya Yuzik oktyabrın 2-də heç bir izahat olmadan saxlanılmışdı.


OXŞAR XƏBƏRLƏR