“İran Qarabağ müharibəsində Azərbaycana dəstək olanlara qamçı cəzası verir” – Politoloq

“İran Qarabağ müharibəsində Azərbaycana dəstək olanlara qamçı cəzası verir” – Politoloq
"İranda Azərbaycana dəstək aksiyasına qoşulanlara işgəncə verilir”.

Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloq İkinci Qarabağ müharibəsi zamana Azərbaycanın yanında olaraq dəstək verən şəxslərin həbs olunmasını doğru hesab etməyib:

"Azərbaycanda fəaliyyət göstərən insan hüquqları üzrə Birgə İşçi Qrupuna daxil olan bir qrup hüquq müdafiəçisi İran İslam Respublikasında son vaxtlarda fəalların həbs olunması ilə bağlı BMT-nin İnsan Hüquqları Komitəsinə və "Amnesty İnternational” təşkilatına müraciət edib. Söhbət İkinci Qarabağ müharibəsi zamanı Cənubi Azərbaycan şəhərlərində - Təbrizdə və Ərdəbildə Azərbaycan Respublikasına dəstək aksiyalarında iştiraklarına görə həbsxanalarda saxlanılan fəallardan gedir. Onların günahı odur ki, Azərbaycana dəstək veriblər və buna görə İran polisi onları həbs edib. Fəalları həbs etməklə yanaşı onlara qarşı orta əsrlərdə olduğu kimi qamçı cəzası hökmü də çıxarıblar. Azad olunanlar isə müxtəlif cərimələr ödəmək məcburiyyətində qalıblar.
Azərbaycanın hüquq müdafiəçiləri, İran İslam Respublikasında son aksiyalar zamanı fəallara qarşı təhlükəsizlik qüvvələri tərəfindən fiziki zor və işgəncələrin tətbiq edilməsi, onlara qarşı qeyri-insani tərzdə davranması və həbs edilməsini insan hüquqlarının pozulması kimi qəti pisləyərək ciddi narazılığımızı bildirir, onların dərhal azadlığa buraxılmasını tələb edir”.

E.Şahinoğlu İranda siyasi məhbusların olması ilə bağlı Azərbaycanın bundan sonra da beynəlxalq təşkilatlara müraciət edəcəyini deyib:

"Böyük ehtimalla bu müraciət rəsmi Bakının təşəbbüsü ilə hazırlanıb. Doğru strategiyadır. Rəsmi Bakı Tehranla münasibətlərdə problem istəmirdi və İranın daxili işlərinə qarışmırdı. Ancaq İranın yeni hakimiyyətinin Azərbaycanın daxili işlərinə kobud müdaxilələri və Azərbaycana qarşı irəli sürdüyü saxta ittihamlar, o cümlədən "Azərbaycanda beynəlxalq terrorçuların varlığı” haqqındakı ittihamları rəsmi Bakını hərəkətə keçirdib. Tehranın saxta ittihamları qarşısında Bakı İranda Azərbaycanla bağlı dəstək aksiyaların iştirak edən fəalların azad olunmasını tələb edir. Rəsmi Bakı bununla ilk dəfədir ki, İranda siyasi məhbusların olduğunu beynəlxalq təşkilatlara bildirir. Bu hələ son deyil...”
 
Əzizə Zeynal
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Fransanın Azərbaycana müsbət jesti - Deputat Parisin son addımını şərh edir

Son günlər 44 günlük müharibə zamanı, eləcə də ondan əvvəlki dövrdə Azərbaycana qarşı qərəzli siyasi kurs tutmuş Fransa dövlətinin mövqeyində dəyişiklik sezil...

Azərbaycanın dostu olan erməni dissident - Georgi Vanyan vəfat etdi

Azərbaycanpərəst mövqeyi ilə seçilən erməni hüquq müdafiəçisi, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri Georgi Vanyan koronavirus səbəbilə müalicə ol...

Bayramovla Mirzoyanın görüş günündə baş verənlər: Əsgərimiz şəhid oldu, Rusiyanın və Minsk qrupunun gizli niyyəti...

"Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Minsk görüşündən böyük nəticələr gözləmirəm”.   Bunu S...

MN-dən qanunsuz erməni silahlı dəstə üzvlərinə XƏBƏRDARLIQ

Azərbaycan Müdafiə Nazirliyi qanunsuz erməni silahlı dəstə üzvlərinə xəbərdarlıq edib.   Nazirlikdən Sfera.az-a daxil olan xəbərdarlıqda deyilir: "...

Erməni təxribatının arxasında hansı dövlətlər dayanır? – “Bu, onların mənfur planıdır”

"Oktyabrın 14-də erməni silahlı birləşmələrinin açdığı atəş nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu şəhid oldu. Ermənilərin bu əməlinin hərbi-siyasi m...

Politoloq həyəcan təbili çaldı: “İran meyxanaçılar üzərindən insanlara təsir edir”

"Azərbaycanda iki zümrə var ki, İran xüsusi xidmət orqanları oraya asanlıqla nüfuz edə bilir: İdmançılar və meyxanaçılar”.   Sfera.az xəbər verir ...