İran partlayışa görə İsraili günahlandırdı: \"İntiqamını alacağıq\"

İran partlayışa görə İsraili günahlandırdı: \
İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif İranın İsfahan şəhərində yerləşən "Natanz” nüvə zavoduna baş verən qəzanın arxasında İsrailin dayandığını iddia edib.

Sfera.az xəbər verir ki, nazir, "Sionist rejim sanksiyaların qaldırılması istiqamətindəki irəliləyişimiz üçün intiqam almaq istəyir. Hücum nüvə anlaşmasına təsir etmək məqsədi daşıyırdı. İntiqamımızı alacağıq”, - deyə, bildirib.

Hadisəni təxribat kimi qiymətləndirən İran XİN başçısı "ölkəmiz hücuma cavab olaraq nüvə sənayesinin inkişafında yeni irəliləyişlər edəcək. Bu təşəbbüs İranın gücünü zəiflətməyəcək”, - deyə, əlavə edib.

Qeyd edək ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyi dünən "Natanz” nüvə stansiyasında elektrik kəsilməsinin "təxribat" nəticəsində baş verdiyini açıqlayıb.
Bundan əvvəl 2020-ci ilin iyul ayında "Natanz" nüvə zavodunda yanğın baş vermiş və bunun İsrail təxribatı olduğu bildirilmişdi.
 
İnci
Sfera.az
 
 

OXŞAR XƏBƏRLƏR

“Şimali Kiprlə münasibətlərin yaradılması yalnız türk amili ilə bağlı deyil” – Cavanşir Feyziyev

Milli Məclisin deputatı, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Cavanşir Feyziyev mediaya müsahibə verib. ...

Azərbaycanda psixoloq qiymətləri niyə bahadır? - AÇIQLAMA

Psixologiya sahəsi ölkəmizdə son illər praktiki olaraq daha geniş yayılıb. İnsanların əksəriyyəti isə psixoloq qiymətlərinin bahalığından şikayətlənir. &nbs...

13 ümumtəhsil müəssisəsinin tikintisi davam etdirilir

"İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox uşağın təhsil aldığı 2 bağça fəaliyyət göstərir".   Sfera.az xəbər verir ki, bu barədə Məktəb...

İsveç Baş naziri COP29-a DƏVƏT EDİLDİ

İsveç Baş naziri COP29-a dəvət olunub.   Sfera.az xəbər verir ki, Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov Azərbaycan Prezidentinin noyabr ayı...

MÜTDA direktoru qəbulun elektronlaşdırılmasından DANIŞDI

"Məktəbdənkənar təhsil müəssisələri üçün də qəbulun elektronlaşdırılmasını hədəfləyirik".   Sfera.az xəbər verir ki, bu barədə Məktəbə...

Kadırov Rusiya DİN rəhbəri ola bilər - KİV

Ramzan Kadırov Rusiya Daxili İşlər Nazirliyinin yeni rəhbəri ola bilər.   Sfera.az bildirir ki, bu barədə Rusiyada fəaliyyət göstərən “Tsarqrad...