“İran nüvə silahı hazırlayır və bu, dinc məqsədli deyil” – Gözlənilməz ETİRAF

“İran nüvə silahı hazırlayır və bu, dinc məqsədli deyil” – Gözlənilməz ETİRAF
İran Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri Fereydoun Abbasi-Davani müsahibəsində İranın atom bombası hazırlamaq üçün sistem qurduğunu elan edərək, İranın nüvə işinin qətiyyən dinc xarakter daşımadığını bəyan edib.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada İranla nüvə sazişinin tərəfləri olan Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya arasında razılaşmaya qayıtmaq üçün danışıqlar yenidən başlayıb. Danışıqların başlamasına bir neçə saat qalmış İran Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri Fereydun Abbasi-Dəvaninin İranın nüvə silahları ilə bağlı verdiyi müsahibə çaşqınlıq yaradıb.

İslam Respublikası Xəbər Agentliyinin təqdim etdiyi müsahibədə ötən il öldürülən və İranın nüvə silahını hazırladığı iddia edilən Fəhrizadənin həyatının naməlum tərəfləri üzə çıxarılıb.

Abbasi-Dəvani İranın böyük nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsinin birinci ildönümü münasibətilə dərc olunan müsahibəsində keçmiş həmkarının nüvə silahı üzərində işinə görə Mossad tərəfindən öldürüldüyünü açıqlayıb.

Qeyd edək ki, İran rəsmiləri illərdir Xamneyinin nüvə silahının hazırlanmasını qadağan edən fətvasını onun nüvə proqramının mülki məqsədlər üçün olduğunun sübutu kimi göstərirlər, lakin Abbasi-Davani araşdırmanın daha da irəli getdiyini və indi hərbi aspektə sahib olduğunu bildirib:

"Nüvə silahı ilə bağlı mövqeyimiz Ali Rəhbərin nüvə silahının qadağan olunması ilə bağlı verdiyi açıq fətva əsasında kifayət qədər aydın olsa da, Fəhrizadə bu sistemi yaradıb və onun qayğısı təkcə ölkəmizin müdafiəsi deyildi”.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...