İran neft tankerini ələ keçirdi

İran neft tankerini ələ keçirdi

İran İslam İnqilabının Mühafizəsi Korpusu Fars körfəzində neft tankeri ələ keçirib.

"Qafqazinfo”nun "Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə, tankerin göyərtəsində olan 1 milyon barrelə yaxın neft də ələ keçirilib. 

Tankerin külli miqdarda nefti digər xarici gəmilərə çatdırmağı planlaşdırdığı ehtimal edilir.

Qeyd olunur ki, insident Larek adasından cənubda qeydə alınıb. Göyərtədə 12 xarici vətəndaş olub.

Tankerin kimə məxsus olduğu və ya hansı dövlətin bayrağı altında üzdüyünə dair məlumat yoxdur.


OXŞAR XƏBƏRLƏR