“İran narkotiki Avropa bazarına bu terror təşkilat vasitəsilə çıxarır” - Qabil Hüseynli
13:22 / 19.10.2021
689
"Hər
iki Qarabağ müharibəsində Ermənistan ordusunun tərkibində Azərbaycana qarşı yüzlərlə
PKK terrorçusu döyüşüb. Prinsip etibarilə Ermənistanın terrora dəstək verən ölkə
olması bizi təəccübləndirmir. Lakin bir sual bu gün də aktual olaraq qalır: İraqın
və Suriyanın şimalında fəaliyət göstərən PKK terrorçuları Ermənistana və
Qarabağa hansı ölkə üzərindən keçib?”.
Bu
sözləri Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O,
bildirib ki, PKK terrorçuları Ermənistana birbaşa quru yolu ilə keçə bilməzdi:
"Məsələ
ondadır ki, PKK terrorçuları Ermənistana ya Türkiyə, ya da İran üzərindən keçə
bilər. Türkiyə Azərbaycanın strateji müttəfiqi olduğundan və adıçəkilən terror
təşkilatı ilə illərdir mübarizə apardığından Türkiyə ehtimalı sıradan çıxır. Bu
fakt İranın həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı PKK
terrorçularının Ermənistana keçməsinə şərait yaratdığını sübut edir”.
Politoloq
düşünür ki, İranın PKK-ya dəstəyi təsadüfi deyil. Çünki PKK-nın məhv olması həm
də İranın qlobal narkotik ticarətinə ciddi zərbə vura bilər:
"Məsələ
ondadır ki, İran narkotik maddələri Avropa və MDB məkanına məhz PKK və bu kimi
terrorçu birləşmələr vasitəsilə çıxara bilir. PKK-nın Avropadakı nüfuzu və
bağlantıları hər kəsə bəllidir. Bundan əlavə, bu terror təşkilatı öz varlığını
narkotik ticarətindən əldə edilən gəlirlərə borcludur. Yəni
İran təkçə terror təşkilatına dəstək verən bir ölkə deyil, eyni zamda beynəlxalq
narkotik ticarətində aparıcı ölkədir”.
Turan
Rzayev