İran Laçın dəhlizi ilə yükdaşımalara buna görə qadağa qoyub – Politoloq təfərrüatları açıqladı

İran Laçın dəhlizi ilə yükdaşımalara buna görə qadağa qoyub – Politoloq təfərrüatları açıqladı
"İran regionda təklənərək blokadaya düşməmək üçün yük avtomobillərinin Laçın dəhlizi və Qarabağa girişinə qadağa qoydu. Tehran gec də olsa başa düşdü ki, Azərbaycan əleyhinə atdığı addıma nəinki heç bir dünya ölkəsi, hətta ən yaxın müttəfiqləri belə dəstək verməyəcək”.

Sfera.az-a danışan politoloq Turab Rzayev deyib ki, İranın belə bir qərar verməsi gözlənilən idi:

"Yaxşı olardı ki, İran bu qərarı Azərbaycanla gərginlik yaşamadan öncə verərdi. Düşünürəm ki, İran digər məsələlərdə də Azərbaycana qarşı ritorikasını dəyişsə, münasibətlərimiz yenidən normallaşa bilər. Hətta İranla birgə icra etdiyimiz arazboyu iqtisadi layihələrə qayıda bilərik.

İranın ritorikasını dəyişməyinə isə yetərli qədər səbəb var. Rəsmi Tehran Azərbaycana qarşı fəaliyyətində dünya ölklərindən gözlədiyi dəstəyi ala bilmədi. İranın yeganə müttəfiqi Rusiya belə bu məsələdə ona dəstək vermədi. İran regionda təkləndiyini başa düşdüyü üçün bu gün belə bir qərar verdi. İndi paralel olaraq Türkiyə ilə də münasibətləri normallaşmağa başlayıb. Təsadüfi deyil ki, İran rəsmiləri Türkiyəni qardaş ölkə adlandırmağa başlayıb”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...