İran işğalçı ilə bütün münasibətləri kəsməlidir - Ekspertdən açıqlama

İran işğalçı ilə bütün münasibətləri kəsməlidir - Ekspertdən açıqlama

"Tehranın bu davranış dəyişikliyinin kökündə Azərbaycan və Türkiyənin tutduğu ardıcıl mövqe və İran daxilində soydaşlarımızın məsələyə münasibəti mühüm rol oynayıb”.


Bu sözləri Sfera.az-a açıqlamasında İranın Rusiyadan Ermənistana uçan hərbi təyyarələr üçün hava məkanını bağladığı barədə "Əl Cəzirə” telekanalının yaydığı məlumata münasibət bildirərkən "Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib:


"Bu məlumata rus saytlarında rast gəldim. Amma sonra onu yığışdırdılar. İranın əslində işğalçı dövlətə münasibəti Türkiyənin Ermənistana olan münasibəti kimi olmalı idi.Çünki Azərbaycanla İranı bağlayan tarixi, mədəni, etnik və s. bağlar var. Hətta İran Türkiyədən fərqli olaraq xarici siyasətdə islam həmrəyliyini ortaya qoyub. Bu mənadaİran İrəvana münasibətdə Türkiyədən də sərt mövqe nümayiş etdirməli idi. Təssüf ki, bunu görə bilmədik”.


Politoloqun sözlərinə görə, Tehran mövcud sitiuasiyanı dəyərləndirərək belə qərara gəlib:

 

"Azərbaycanın İrəvana birbaşa hərbi yardım edən dövlətlərə münasibəti bəllidir. Cəmiyyət və dövlət olaraq Azərbaycan bu məsələ ilə bağlı açıq şəkildə mövqeyini ortaya qoyub. Türkiyə də bu istiqamətdə Azərbaycanı dəstəkləyir, işğalçıya hərbi dəstək verən və onun hansısa ölkələrin ərazisindən çatdırılmasını tənqid edir. Eyni zamanda İrandakı 10 milyonlarla soydaşımızın həmin məsələyə etirazları da Tehranın belə bir qərar verməsində mühüm rol oynayıb. Məhz bundan sonra Tehran Rusiyadan Ermənistana uçan hərbi təyyarələrə hava məkanını bağlamalı olub”.


Politoloqun fikrincə, İranın işğalçı ilə bütün münasibətləri kəsməsi zəruridir: "Bu istiqamətdə atacağı addımların hansını indi edəcəyi, hansını sonraya saxlayacağını zaman göstərəcək. Hər halda İran gec-tez haqlı etirazlardan nəticə çıxarıb, mövqeyində tam düzəliş etməlidir”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Macarıstan XİN rəhbəri Azərbaycana GƏLƏCƏK

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün Azərbaycana gəlir.   Sfera.az xəbər verir ki, Peter Siyarto Bakıda bir sıra görüşlər...

Qısa müddətdə aliment təyin etdirmək olarmı? - Vəkildən AÇIQLAMA

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə qurmuş şəxslər arasında əgər münaqişə baş verirsə, onlar...

Bakıda məktəbdə yanğın oldu, 3 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə ...

Azərbaycan əhalisi pulu ən çox nəyə xərcləyir? - RƏQƏMLƏR

2023-cü ildə Azərbaycan əhalisinin aylıq adambaşına xərcləri 348 manata yüksəlib.  Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, şəhər yerlərin...

45 yaşlı kişi 23 yaşlı qızı QAÇIRDI - RƏSMİ AÇIQLAMA

“Qız qaçırma adam oğurluğudur, hansısa istisna yoxdur”.   Bunu Sfera.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəi...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası başlayıb...