“İran iddialarını sübut etməlidir” – Qabil Hüseynli

“İran iddialarını sübut etməlidir” – Qabil Hüseynli
"İran iddia edir ki, Azərbaycan ərazisində terrorçu var? Elə isə bu iddiasını təsdiqləyəcək sübutları təqdim etsin. 21-ci əsrdə yaşayırıq, heç kəs heç kəsi aldada bilməz”.
 
Bu sözləri Sfera.az-a açıqlama verən politoloq Qabil Hüseynli İran xarici işlər nazirinin Livanın "Əl-Manar" televiziya kanalına müsahibəsində Azərbaycanla bağlı söylədiklərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda terorçular varsa və ya 44 günlük müharibə zamanı olublarsa, İran bunu peyk görüntüləri və ya iddiasını əsasladıracaq digər konkret faktlarla sübut etməlidir:

"Mən sual verirəm. İran hansı əsasla Azərbaycan ərazisində terrorçuların olmasını iddia edir? Bunu isbat edəcək bir fakt, dəlil, sübut varmı? Əlbəttə ki, yoxdur! Ola da bilməz. Çünki rəsmi Bakının hansısa qanunsuz silahlı birləşmələrə, radikal qruplaşmalara, muzdlu qüvvələrə və s. ehtiyacı yoxdur. Bu gün Azərbaycanın nizami ordusu, səfərbərliyə yaralı xalqı var. Hər şey qalsın bir kənara, bizim İsrail, Türkiyə, Pakistan kimi müttəfiqlərimiz var. Məgər lazım olsa onlardan dəstək ala bilmərik?"

Politoloqun sözlərinə görə, İran özü terrora dəstək verən, terroru himayə edən, dövlət siyasətinin bir parçası edən dövlətdir:

"İran bu gün İraqda Həşdi-şabi, Yəməndə Husi, Fələstində Həmas və s. bu kimi radikal qrupları maliyyələşdirən əsas ölkədir. Rəsmi Tehran bu qruplaşmalar vasitəsilə Yaxın Şərqdə sabitliyi pozur, beləcə Qərbin təhlükəsini özündən uzaq tuta bilir. Yəni təhlükəni özündən yayındırmaq istəyən rəsmi Tehran digər ölkələrin sabitliyini pozmaqdan çəkinmir.

Təsadüfi deyil ki, Türkiyə İranla dövlət sərhədində -  Ağrı, Hakkari, İğdır və Van olmaqla, 4 vilayətində beton sədd tikib. Ankara bunu İrandan ölkəsinə keçən terrorçuların qarşısını almaq üçün etdiyini bildirib. Bu fakt özlüyündə terrorçuların İran ərazisində, yoxsa Azərbaycanda olduğunu açıqlayır”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...