“İran Ermənistanda "Ağıllı şəhər" qurmağı planlaşdırır”

“İran Ermənistanda
"Ermənistan saytlarına nə zaman daxil olsam, İran nümayəndə heyəti, iranlı biznes elitası bu ölkədə filan tədbir keçirdiyinin, filan sahəyə investisiya yartırdığının, biznes forumlar keçirdiyinin şahidi oluram".
 
Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. Ekspert İranın Ermənistanda "Ağıllı şəhər" qurmağı da planladığını qeyd edib:

"Qarşıdakı aylarda keçirilməsi gözlənilən İran-Ermənistan biznes forumunda əməkdaşlığın daha da gücləndirilməsi gözlənilir.

Heç kim üçün sirr deyil ki, İranın texnologiyası və resursları Ermənistanın tərəqqisinə, Türkiyənin texnologiyası və diplomatiyası Qarabağın erməni işğalından azad edilməsinə kömək edib. Məhz işğal məsələsinə görə Türkiyə Ermənistanla sərhəddi bağlayıb, İran isə onun tərəqqisinə kömək edib.
Ötən gün Prezident İlham Əliyev texniki vasitələr və peyklərlə aparılan monitorinqlər zamanı xeyli sayda xarici maşınların, o cümlədən  erməni nömrəli xarici maşınların da Xankəndinə getməsinin müəyyən olunduğunu açıqlayıb. Güman ki, bunlar da elə İran maşınlarıdır.

O.Gündüz şeyxülislam Allahşükür Paşazadənin də İranla bağlı mövqeyinə etirazını bildirib: 

"Amma qəribədir ki, şeyxülislam Allahşükür Paşazadə son günlərdə verdiyi açıqlamalarda absurd bir mövqe sərgiləyərək Qarabağın işğaldan azad olunmasındakı səylərinə görə İranı və Türkiyəni tərəzinin bir gözünə, eyni cərgəyə qoymağa çalışıb. Və çox təəccüblüdür ki , Allahşükür Paşazadə daha bir absurd açıqlama verib:

"Ayətullah Xameneinin "Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”. Bu cür fikirlərin, dini və ya ruhani məzmunlu deyil, daha çox siyasi yük daşıyan açıqlamaların Azərbaycanın şeyxülislamı tərəfindən səsləndirilməsi tam anlaşılmazdır.

Bütün dünya bilir ki, qələbəni Azərbaycan xalqı, bütün cəmiyyət, əsgər və zabitlərimiz Ali Baş Komandan ətrafında dəmir yumruq kimi birləşərək qazanıb.
Son zamanlar şeyxülislamın ədalətsiz, açıq-aşkar iranyönümlü yanaşmalar və açıqlamalar sərgiləməsi təəssüf doğurur.

Eyni zamanda milli maraqlarımıza uyğun gəlməyən bu tip açıqlamaları dövlətimizə qarşı hörmətsizlik və xoşagəlməz hal hesab edirəm".

Əzizə Zeynal
Sfera.az 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Erməni müxalifəti noyabra hazırlaşır: Vətəndaş müharibəsi olacaq? - ŞƏRH

Oktyabrın 22-də erməni mətbuatı Ermənistan və Azərbaycan liderlərinin noyabrın 9-da Moskvada iki sənəd imzalayacaqları barədə məlumat yaydı. Xəbərin ardınca, Er...

Ərdoğan: "İnşallah, Füzulidən İstanbula gediş-gəliş olacaq"

"Dünən Azərbaycandaydıq. Yeni hava limanının açılışını etdik". Sfera.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. ...

“Füzuli Hava Limanı buna görə qapılarını ilk olaraq Türkiyə təyyarələrinin üzünə açdı” – Şərh

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın II Qarabağ savaşından sonra ölkəmizə 3-cü səfəri gerçəkləşdi. Türkiyə Prezidentinin Füzuli Beynəlxalq Hava Limanını...

“Ərdoğan və Əliyev Qarabağdan dünyaya bu mesajı verdilər...” – Türkiyəli ekspertdən dəyərləndirmə

"Dünən Füzuli beynəlxalq hava limanının açılışında Türkiyə və Azərbaycan prezidentləri dünyaya açıq şəkildə mesaj verdilər. Yəni Azərbaycan və Türkiyə Şuşada ...

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq” - Tofiq Zülfüqarov

"Siyasi kluarlarda çox da uzaqda olmayan zaman üçün Ermənistanın və Azərbaycanın qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyacağına dair informasi...

Ərdoğanın Füzuliyə səfəri dünyaya göstərir ki... - Brayza

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı olan Füzuli Beynəlxalq Hava Limanı Qarabağın çiçəklənməsi...