İran dövlət televiziyasında Azərbaycanla bağlı QALMAQAL: Keçmiş səfirdən acı HƏQİQƏTLƏR

İran dövlət televiziyasında Azərbaycanla bağlı QALMAQAL: Keçmiş səfirdən acı HƏQİQƏTLƏR
İranın dövlət televiziyasında son günlər gərginləşən Azərbaycan-İran münasibətlərinə həsr olunmuş verilişdə qalmaqal yaranıb.

Sfera.az "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, "Ecoiran” verilişində iranlı siyasi və iqtisadi təhlilçi Azərbaycanın iranlı yük maşını sürücülərindən rüsum almasını qanunsuz adlandırıb. O, Azərbaycanın İranın ərazi bütövlüyünü müdafiə etmədiyini, körfəzdə 3 adanın İrana məxsus olması ilə bağlı açıqlama vermədiyini bildirib.

"Buna görə də Azərbaycanın torpaqlarının işğal olunmasının İrana aidiyyatı yoxdur", - deyə, o, bildirib.

Təhlilçinin bu çıxışını verilişə onlayn qoşulan İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani etiraz ilə qarşılayıb. Səfir təhlilçinin iddialarını əsassız sayıb, onun arqumentlərinin İranın konstitusiyasına belə zidd olduğunu deyib.

"Necə olur ki, dünyanın o biri başında müsəlmanların hüquqlarını müdafiə etdiyinizi iddia edir, özünüzü İslam dünyasının mərkəzi adlandırırsınız, ancaq ermənilərin ölümünə ürək yandırdığınız halda azərbaycanlıların qətliam edilməsinə reaksiya vermirsiniz? Xocalıda baş verən soyqırımı görməzlikdən gəlib, bunu və azərbaycanlıların öz torpaqlarından çıxarılmasını məhkum etmirsiniz”, - deyə, keçmiş səfir bildirib.

Təhlilçinin "biz Xocalı soyqırımında və 90-cı ilərdəki hadisələrdə Azərbaycanı himayə etmişik”, iddiasını absurd adlandıran Əfşar Süleymanı deyib ki, İranın Azərbaycanı himayə etməsi barədə iddialarla bağlı heç bir fakt yoxdur.

Qeyd edək ki, xüsusilə son günlər Azərbaycanla bağlı mövqeyinə görə Əfşar Süleymani İran mətbuatının və radikal cərəyanlarının hədəfinə çevrilib.

Bir neçə gün öncə Əli Xamneyinin nəzarətində olan və SEPAH-la ETTELAAT-ın mövqeyini əks etdirən "Keyhan” qəzeti Əfşar Süleymanini "Azərbaycanın beşinci kolon”u adlandırıb, onun fəaliyyətinin araşdırılmasını və barəsində ölçü götürülməsini tələb edib.

OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...