İran boksçusu haqqında edam hökmü çıxarıldı

İran boksçusu haqqında edam hökmü çıxarıldı
İran boksçusu Məhəmmədcavad Vəfai-Sani haqqında edam hökmü çıxarılıb.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, ölkə çempionu olmuş idmançı 2019-cu ildə yanacağın qiymətinin bahalaşmasına etiraz aksiyalarında "hökumət binalarının yandırılmasında və dağıdılmasında iştirak etməkdə” ittiham olunur. 

2020-ci ildə saxlanılan boksçu haqqında qərar bir neçə gün öncə verilib. 

Qeyd edək ki, 2020-ci ilin avqustunda güləş üzrə İran çempionu Nəvid Əfkari haqqında da ölüm hökmü çıxarılmışdı. 

OXŞAR XƏBƏRLƏR