İran Azərbaycan və Ermənistanın tərəfdaş olduğu təşkilata üzv oldu: \"Hegemonluq ortadan qalxır\"

İran Azərbaycan və Ermənistanın tərəfdaş olduğu təşkilata üzv oldu: \
İran prezidenti İbrahim Rəisi ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv qəbul edildiyini açıqlayıb.

Sfera.az xəbər verir ki, İran prezidenti Tacikistanın paytaxtı Düşənbədə keçirilən ŞƏT-in 21-ci Dövlət Başçıları Sammitində çıxış edib.
 
Bugünkü zirvə toplantısında İranın ŞƏT-in tamhüquqlu üzvü olaraq qəbul edildiyini açıqlayan Rəisi üzvlük münasibətilə təşəkkürünü çatdırıb.
 
Beynəlxalq sistemin müstəqil dövlətlərin xeyrinə qütbləşmə və güc bölgüsünə doğru dəyişdiyini deyən Rəisi ŞƏT-i iqtisadi, siyasi və demoqrafik dəyərlərə malik bir təşkilat və qlobal çoxtərəfli "hərəkətverici qüvvə" olaraq xarakterizə edib. Dövlət başçısı artıq hegemonluğun və bitərəfliliyin ortadan qalxdığını vurğulayaraq, vəziyyətin müstəqil dövlətlərin lehinə dəyişdiyini bildirib.
 
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 2001-ci il iyunun 15-də Şanxayda 6 ölkənin ( Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan) prezidentlərinin birgə görüşü zamanı yaradılmış, daimi əsaslarla fəaliyyət göstərən regional beynəlxalq birlikdir.

ŞƏT-in məqsədi iştirakçı dövlətlər arasında mehriban qonşuluq və dostluq, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsidir.
 
Əzizə Zeynal
Sfera.az
 
 

OXŞAR XƏBƏRLƏR