\"İran-Azərbaycan gərginliyinin qarşısı vaxtında alındı” – Şərh
13:46 / 22.10.2021
726
"Gözlədiyimiz
oldu - sonda məhz sağlam düşüncə qalib gəldi. Diplomatik kanallarla Azərbaycan-İran
münasibətlərindəki gərginliyin körüklənib inkişaf etdirilməsinin və kənar güclərin
prosesdən yararlanmaq cəhdlərinin qarşısı tam zamanında alındı”.
Sfera.az
xəbər verir ki, bu sözləri politoloq Elxan Şükürlü deyib.
Onun
sözlərinə görə, xüsusən də Moskvada Rusiya, Ermənistan və Azərbaycan baş nazirləri
müavinlərinin iştirakıyla keçirilən Üçtərəfli Komissiyanın toplaşdığı bir gündə
İran tərəfinin Azərbaycanın haqlı iradlarını qəbul etdiyini bildirən məlumat
yayması göstərir ki, rəsmi Tehran artıq 44 günlük Qarabağ savaşından sonra bölgədə
yaranmış yeni reallıqları qəbul etməyə və ona təklif olunan şərtlərlə proseslərdə
iştiraka hazırdır:
"Moskva
görüşüylə üst-üstə düşən daha iki mühüm bəyanat - İranın yeni prezidenti İbrahim
Rəisinin "Biz sionistlərin qonşularla münasibətlərimizi pozmasına imkan verməyəcəyik”
cümləsi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da "İran Azərbaycanı hədəf
taxtasına qoymaz, İranın yeni rəhərliyi bu yanlışı davam etdirməz” açıqlaması o
deməkdir ki, Türkiyə prezidentinin təklif ediyi "Altılıq” formatını kimlərinsə
dağıtmaq istəyi baş tutmayacaq və münasibətlərin gələcək inkişafı da məhz bu
formatda davam etdiriləcək.
Azərbaycanın
istədiyi də elə budur: keçmiş imperiya varisləri olan 3 böyük qonşusu – Rusiya,
İran və Türkiyə arasında əsas bağlayıcı, "körpü ölkə” statusunu qoruyub
saxlasın, onların qarşıdurma yox, əməkdaşlıq və dostluq mərkəzinə çevrilsin.
Turan
Rzayev