İran ABŞ-ın barışıq üçün uzatdığı əli geri itələdi: BU HƏLƏ TAM QİSAS DEYİL

İran ABŞ-ın barışıq üçün uzatdığı əli geri itələdi: BU HƏLƏ TAM QİSAS DEYİL
ABŞ prezidenti Donald Tramp barışıq əli uzatsa da, İran tərəfi Qasım Süleymaninin intiqamının tamamlanmadığını açıqlayıb.

Bu barədə İran Silahlı Qüvvəlirinin Baş Qərargah sözücüsü, briqada generalı Əbülfazi Şikarçı bildirib. O qeyd edib ki, ABŞ-ın İraqdakı bazalarına raket hücumunu intiqamın tamamı olaraq görmürlər:

"Bu hücumları tam intiqam saymırıq. Əsl qisas o səviyyədə olacaq ki, amerikalılar bölgədən getməli olacaqlar.

ABŞ-ın etirbarlı müdafiə sistemi yoxdur, raketlərimizin hədəfə dəyməsinin qarşısını ala bilməyiblər. Hesab edirəm ki, bu ABŞ-ın dəstəkçisi olan region ölkələrinə dərs olmalıdır".

redaktor.az

OXŞAR XƏBƏRLƏR