5-dən çox uşağı olan ailələrə veriləcək uşaqpulu məlum oldu - MƏBLƏĞ

5-dən çox uşağı olan ailələrə veriləcək uşaqpulu məlum oldu - MƏBLƏĞ
 5-dən çox uşaq dünyaya gətirən qadınların sayı və onlara verilən müavinətin məbləği açıqlanıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycan hökuməti tərəfindən çoxuşaqlı, aztəminatlı, eləcə də qaçqın və məcburi köçkün ailələrinin rifah halının yaxşılaşdırılması üçün əhəmiyyətli işlər görülür:
""Ünvanlı dövlət sosial yardımı haqqında" Qanuna əsasən, ünvanlı sosial yardım almaq hüququ olduqda 1 yaşınadək uşağı olan aztəminatlı ailələr müavinət ala bilər. 5-dən çox uşaq dünyaya gətirib tərbiyə edən qadınlara uşaqların sağ olması şərtilə və axırıncı uşaq 1 yaşına çatdıqda hər uşağa 30 manat müavinət ala bilər".
Rəsmi məlumata görə, 2016-cı ilin əvvəlinə 8984 nəfər qadın 5-dən çox uşağı olduğuna görə müavinət alır:


"Həmçinin, 1 yaşadək uşağı olan 5623 ailəyə müavinət verilir. Komitənin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi də öz növbəsində çoxuşaqlı, aztəminatlı, eləcə də qaçqın və məcburi köçkün ailələrinə, eləcə də həssas və risk qrupundan olan ailələrə yardımlar edir. Bu yardımlar həm mənəvi, həm də maddi formada həyata keçirilir.
Mərkəzlər tərəfindən 2016-cı ildən bu günədək 77 çoxuşaqlı ailəyə sosial və tibbi xidmətlərə yönləndirmə, dil və kompyuter kurslarına cəlb olunma, hüquqi və psixoloji yardımlar və s. bu kimi xidmətlər göstərilib".milli.az

OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...