Dolların məzənnəsi 1,60 manata düşə bilər - Azərbaycanda

Dolların məzənnəsi 1,60 manata düşə bilər - Azərbaycanda

Azərbaycanda ABŞ dollarının rəsmi məzənnəsi artıq bu ilin ilk yarısında 1,65 AZN/USD səviyyəsindən də aşağı düşə bilər. 

"Report"un analitik qrupu bildirir ki, dünya bazarında neftin qiymətinin artması, ölkə idxalında azalma tendensiyasının başlaması fonunda tədiyyə balansının tarazlaşması ilə bərabər pul kütləsinin azaldılaraq cari vəziyyətə uyğunlaşdırılması dollara tələbatı zəiflədəcək. Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi sterilizasiya əməliyyatları çərçivəsində xarici valyuta ilə spekulyativ əməliyyatların qarşısı alınıb.

"Report"un analitikləri maliyyə sabitliyinin yaranması nəticəsində əhalinin tədricən manata keçəcəyini, dollarlaşma səviyyəsinin ilkin mərhələdə cari 80%-dən 50%-dək geriləyəcəyini ehtimal edirlər. Neft qiymətlərinin 2017-ci ildə 65-70 dollar/barelə qədər yüksəlməsi proqnozlaşdırılır ki, bu da dolların ucuzlaşması prosesini sürətləndirəcək. Manata müsbət təsir edəcək digər bir amil isə Azərbaycana xaricdən turist axınının gözlənilən artımı ilə bağlıdır. Yay aylarında turist axınının sürətlənməsi dollar təklifini artıracaq və bu mövsümdə nağd bazarda məzənnənin hətta 1,60 AZN/USD-yə kimi enməsi mümkündür. Qeyd edək ki, "Report"un analitik qrupu bundan əvvəlki proqnozunda məzənnənin 1,65 AZN/USD səviyyəsində formalaşacağını bildirib.

Agentliyin ekspertləri hesab edirlər ki, 2018-ci ilin ilk rübünə qədər dünya iqtisadiyyatı, neft qiymətləri, fond indekslərində mənfi meyllər gözlənilmir: "Bu da inkişaf etməkdə olan ölkələrin qısamüddətli maliyyə sabitliyinə gətirib çıxaracaq".


OXŞAR XƏBƏRLƏR

Boşandıqdan sonra özünə tropik ada almağa qərar verdi - FOTOLAR

60 yaşlı britaniyalı İan Usher (Yan Aşer) köhnə həyatını tərk edərək bütün əşyalarını satmaq qərarına gəlib. O, Karib dənizində özünə tropik ada alıb.  ...

Rəsmi Bakı: "Aİ Fransada etirazçıların öldürülməsinə münasibət bildirməyib"

“Avropa İttifaqı tərəfi Fransada “sarı gödəkçələr” aksiyasında etirazçıların öldürülməsi, Fransanın neokolonial siyasəti nəticəsində dənizaşır...

Vyetnamda “Yaqi” tayfunu nəticəsində 300-dən çox insan ölüb və ya itkin düşdü

Vyetnamın şimalında “Yaqi” tayfunun səbəb olduğu güclü daşqınlar nəticəsində azı 324 nəfər ölüb və ya itkin düşüb.   Sfera.az xəbər verir...

Paşinyan Ermənistanda cinayətkarlığın artdığını etiraf etdi

“Təəssüflər olsun ki, statistika olmasa belə, adi gözlə baxanda da Ermənistanda cinayət nisbətinin artması görünür”.   Sfera.az xəbər ver...

Bu məktəbin direktoru İŞDƏN ÇIXARILDI - FOTO

Bakıda məktəb direktoru işdən çıxarılıb. Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki...

Kendal Cenner imicini dəyişdi, pərəstişkarlar tənqid etdi - FOTO

Supermodel, iş qadını və realiti-şou ulduzu Kendall Cenner imicini kökündən dəyişib.    Sfera.az xəbər verir ki, o, şəkillərini İnstaqramda payl...