Siqaret problemi böyüyür - Firmalar satışdan İMTİNA ETDİ

Siqaret problemi böyüyür - Firmalar satışdan İMTİNA ETDİ

Azərbaycanda siqaretin topdansatışı ilə məşğul olan firmalar satışı dayandırıb.

Sfera.az xəbər verir ki, bu barədə lent.az-a siqaret satışı ilə məşğul olan bir neçə kiçik sahibkar məlumat verib. Sahibkarların sözlərinə görə, siqaretlərin nağdsız satışına keçildikdən sonra firmalar topdansatışı, demək olar ki, məhdudlaşdırıb.

İş adamının sözlərinə görə, siqaretin nağd satışı dayandırıldıqdan sonra hesabına pul köçürüb, firmalardan siqaret istəsə də, ona bildirilib ki, siqaret yoxdur, satış dayandırılıb: "Mən şəxsən 25 min manat pul ödəmişəm. Tanış sahibkarlar var ki, onlar hesablarına 50 min manata yaxın pul köçürüblər. Bununla belə, firmalar heç kimə siqaret vermir".

Sayt yazır ki, topdansatış firmaları artıq bir aya yaxındır ki, xırda sahibkarları siqaretlə təmin etmir. Sahibkarlar məcbur qalıb, müxtəlif yollarla "qara bazar"dan siqaret alırlar.

 

Bakının mərkəzində fəaliyyət göstərən köşklərdə işləyən satıcılardan əldə edilən məlumatda isə bildirilir ki, siqaret satışı ilə, əsasən, 3 firma məşğul olur. Bunlar "Kent", "West" və "Winston" şirkətləridir. Adıçəkilən firmalar isə qeyri-rəsmi olaraq siqaret satışını dayandırdıqlarını bildirib: ""Qara bazar"da siqaret satanlar isə konkret qiymət təklfi etmir, kim neçəyə istəyir, o qiymətə satır", - deyə sahibkar qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Məşhur aktrisa çəkiliş zamanı yıxıldı – Vəziyyəti...

Türkiyənin məşhur aktrisası Birce Akalay ilk sezonu çox bəyənilən "Qəbiristanlıq" serialının yeni bölümləri üçün çəkiliş meydançasına çıxıb. Çəkiliş z...

Netanyahu: "Qəzzadakı girovlarınazad edilməsi üçün razılığa gəlmək mümkündür"

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada saxlanılan girovların azad olunmasını təmin edəcək razılaşmanın yaxın vaxtlarda mümkün ola biləcəyini deyib. &...

Avtoxuliqanlıq hərəkətləri edənlərlə bağlı tədbirlər görüldü

Paytaxtda sürücülük hüququ olmayan yeniyetmələrin “Son zəng” günü avtoxuliqanlıq hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdır...

Ağadadaş Ağayevin törətdiyi hadisənin görüntüləri yayıldı - ANBAAN VİDEO

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirib.   Sfera.az xəbər verir ki...

Muxtar Babayev Yaponiyanın ətraf mühit nazirinin müavini ilə GÖRÜŞDÜ

COP29-un prezidenti Muxtar Babayev Yaponiyanın ətraf mühit nazirinin müavini Matsudzava Yutaka ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə COP2...

Estoniyada yeni hökumətin üzvləri and İÇDİLƏR

Kristen Mixalın (İslahatlar Partiyası) başçılıq etdiyi yeni Estoniya hökumətinin üzvləri parlamentin iclasında and içiblər.   Sfera.az TASS-a istinad...