"Turizm saldosu 450 milyon dollara çatıb" - Günay Bayramova

"Turizm saldosu 450 milyon dollara çatıb" - Günay Bayramova

"2018-2024-cü illərdə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti növü üzrə ÜDM istehsalının illik orta hesabla 3.8 faiz artıb".

 

Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Şahdağ Turizm Mərkəzində yay mövsümünün açılışı ilə təşkil olunan brifinqdə Agentliyin Turizm siyasəti və strategiyası şöbəsinin müdir müavini Günay Bayramova deyib.

 

O qeyd edib ki, bunun nəticəsində 7 il ərzində bu sektorda yaradılan əlavə dəyər 30 faizə yüksələrək 2024-cü ildə 3.1 milyard manata çatıb.

 

Qurum rəsmisi 2017-2024-cü illərdə mehmanxana və mehmanxana tipli müəssisələrin sayının 44.4 faiz, onların birdəfəlik tutumunun isə 62 faizə yaxın artdığını vurğulayıb. 

 

G.Bayramova ötən il ümumi turizm saldosunun 31.5 faiz artaraq 450 milyon dollara çatdığını da sözlərinə əlavə edib.

 

 

Əzizə Zeynal 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 16-d...

Bu şəxslər dərhal quduzluq əleyhinə vaksin vurdurmalıdır

Heyvan dişləməsinə məruz qalan hər bir şəxs, yaşından asılı olmayaraq, dərhal tibb müəssisəsinə müraciət etməli, quduzluq əleyhinə vaksin vurdurmalıdır. &nbs...

İsrail Suriya paytaxtına güclü zərbələr endirdi - VİDEO

İsrail Suriya ordusunun Dəməşqdəki Baş Qərargahına hava zərbəsi endirib.   Sfera.az  Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ...

Bakıda qadın güllələyən şəxs özəl klinikanın direktoru imiş

Yasamalda həyat yoldaşını odlu silahla yaralamaqda şübəli bilinərək saxlanılan Kərimov Vasif Qaraxan oğlu “Referans Medı-Art Hospital" MMC-...

Ronaldo yalnız bu oyunlarda oynaya bilər

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun məşhur hücumçusu Kriştiano Ronaldo yeni baş məşqçi Jorje Jezuşdan yeni mövsümün yalnız seçilmiş oyunlarında ...

Bakıdakı güllələnmə faktına görə cinayət işi açıldı

İyulun 16-da saat 13 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanın xəsarətlər alması barədə rayon prokuror...