İtaliya Azərbaycanda üçüncü olmaq istəmir

İtaliya Azərbaycanda üçüncü olmaq istəmir

İtaliya Azərbaycanla ticarətdə yeni sektorları əhatə etmək niyyətindədir.

Sfera.az Trend-ə eksklüziv müsahibəsində İtaliya Ticarət Palatasının Bakı ofisinin rəhbəri Luici D'Aprea deyib.

Onun sözlərinə görə, İtaliya və Azərbaycan arasında ticarətin inkişaf imkanları çox genişdir və bu təkcə neft-qaz sektorunda özünü göstərmir.

İki ölkə arasında mal dövriyyəsinin həcminə toxunaraq, İtaliya Ticarət Palatasının Bakı ofisinin rəhbəri qeyd edib ki, ikitərəfli ticarətin cüzi azalmasına baxmayaraq, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır.

"İtaliya və Azərbaycan arasında çox gözəl ikitərəfli və iqtisadi əlaqələr var. Son səkkiz il ərzində İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır, ixracatçı ölkələr arasında dördüncü və energetika sektorunda birinici istehlakçıdır", - D'Aprea deyib.

Onun sözlərinə görə, İtaliya məhsulları Azərbaycanda çox qiymətləndirilir və bu yalnız lüks seqmentə aid deyil.

Ötən ilin yekunları üzrə Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi, 2015-ci illə müqayisədə 33,5 faiz azalaraq, 1,89 milyard dollar təşkil edib. Səkkiz il ərzində Azərbaycanın əsas ticarət tərəfdaşları siyahısında birinci yeri tutan İtaliya, 2016-cı ilin yekunlarına görə, üçüncü yerə düşüb. Hesabat dövründə Azərbaycan 1,56 milyard dollarlıq İtaliyaya məhsul ixrac edib ki, bu da Azərbaycanın bütün ixracının 17,06 faizini təşkil edib. İtaliyadan idxal 2015-ci illə müqayisədə 43,5 faiz azalaraq, 332,19 milyon dollar təşkil edib.


OXŞAR XƏBƏRLƏR

Çempionlar Liqası: "Linkoln" - "Qarabağ" görüşünün hakimləri açıqlandı

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində səfərdə “Linkoln”ə (Cəbəllütariq) qarşı keçirəcəyi oyununun hakim...

Bayden yenidən koronavirusa yoluxdu - Həkimindən AÇIQLAMA

ABŞ Prezidenti Co Bayden yenidən COVİD-19-a yoluxub.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda məlumatı Ağ Ev açıqlayıb.  ...

İlham Əliyev dəyirmi masada iştirak edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və əlaqə&rd...

"Baxırlar ki, hamı ölkədə qiymətləri qaldırır, onlar da..." - Osman Gündüz provayderləri sərt TƏNQİD ETDİ

“Dövlət və özəl provayderlər sanki yarışa girməklə, sövdələşmə etməklə internetin sürətini və qiymərtini gələn aydan birdən-birə 40% qaldırmaq istəyi...

Gürcüstanda yeni Baş prokuror seçildi

Gürcüstan parlamenti Giorgi Qabitaşvilini Baş prokuror vəzifəsinə seçib.   Sfera.az xəbər verir ki, bu prosesin lehinə 80 deputat yekdilliklə səs ver...

Magistraturaya qəbul olanların DİQQƏTİNƏ! - MÜDDƏT UZADILDI

Magistraturaya qəbul olmuş şəxslər 22 iyul saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.   Bu barədə Sfera.az-a Dövlət İmtahan Mər...