Dövlət büdcəsinin gəlirləri 17 milyard manatı ötüb

Dövlət büdcəsinin gəlirləri 17 milyard manatı ötüb

Cari ilin yanvar-may ayları üzrə dövlət büdcəsinin gəlirləri 17 138,0 milyon manat təşkil edib ki, bu da 5 aylıq proqnozdan 639,7 milyon manat və ya 3,9 faiz çoxdur.

 

Sfera.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.

 

Məlumata görə, gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 7 843,3 milyon manat təşkil edərək proqnozdan 423 milyon manat və ya 5,7 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 589,5 milyon manat təşkil edərək proqnozdan 2,5 milyon manat və ya 0,1 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 18 milyon manat təşkil edərək proqnozdan 3,7 milyon manat və ya 25,9 faiz, Dövlət Neft Fondundan transfert isə 6 033,8 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz və sair daxilolmalar isə 398,4 milyon manat təşkil edərək proqnozdan 297,2 milyon manat və ya 3,9 dəfə çox icra edilib.

 

 

Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 255 milyon manat təşkil edərək proqnoza qarşı 86,7 milyon manat və ya 25,4 faiz az icra edilib.

 

 

2025-ci ilin 5 ayı üzrə dövlət büdcəsinin xərcləri 14 195 milyon manat proqnoza qarşı 13 691,8 milyon manat, yəni 96,5 faiz icra edilib.


OXŞAR XƏBƏRLƏR

Xamenei hədəfdə - İsrail köhnə taktikasını işə salacaq

İsrailin Baş naziri Binyamin Netanyahu son açıqlaması ilə Yaxın Şərqdə onsuz da gərgin olan siyasi vəziyyəti daha da alovlandırdı. O, İranın ali dini lideri Ayə...

"Tramp Rusiyanı G7-yə daxil etmək istəyir"

ABŞ Prezidenti Donald Tramp Çinin Yeddilik Qrupuna (G7) qoşulmasını “yaxşı fikir" adlandırıb. Tramp bildirib ki, dövləti Çinin G7-yə qoşulmasına etir...

“Yaxın Şərqdəki nüvə təhlükəsi dünyəvidir" - Rusiya XİN

“Yaxın Şərqdəki nüvə təhlükəsi hipotetik deyil, həm region, həm də dünya üçün təhlükə yaradan real və praktiki ölçüyə malikdir”. Sfera.az TASS ...

TikTok Azərbaycan Müəllimləri müsabiqəsinin nəticələrini elan edib

TikTok Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə birlikdə #AzərbaycanMüəllimləri müsabiqəsinin nəticələrini elan edib.   Video məzmun yarad...

Yay gəldi, dərd gəldi - Dəri problemlərindən necə qorunaq?

Yay aylarının başlaması ilə birlikdə havaların isinməsi və günəşli günlərin artması insan sağlamlığına, xüsusilə də dərinin vəziyyətinə birbaşa təsir göstərir. ...

İlham Əliyev onlara müraciət ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda keç...