Bir ildə qızıla 100 milyard dollar XƏRCLƏNDİ - Tələb sürətlə artır
İqtisadiyyat
15:52 / 30.10.2024
6637
Qlobal qızıl tələbi bu ilin üçüncü rübündə illik müqayisədə 5 faiz artaraq rekord səviyyəyə çatıb.
Sfera.az Dünya Qızıl Şurası məlumatlarına istinadən xəbər verir ki, ilin üçüncü rübündə qlobal qızıl alışı 1313 ton olub.
Qızıl tələbindəki güclü artım qiymətlərdə də özünü göstərib. Tələbin dəyəri illik müqayisədə 35 faiz artaraq ilk dəfə 100 milyard dolları keçib.
İlin üçüncü rübündə qızıl qiymətləri ardıcıl rekordlar qırıb. Bu dövrdə orta qiymət (2 min 474 dollar) keçən ilin eyni dövrü ilə müqayisədə 28 faiz yüksək olub.
Məlumata görə, dünyada qızıla tələbdəki artım mərkəzi bankların və elektronika şirkətlərinin tələbindəki artımdan qaynaqlanıb. Zinət əşyalarına tələb isə artmayıb, əksinə azalıb.
Vasif