Beynəlxlaq ödənişlərin yarısı dollarladır - ABŞ valyutasına tələb ARTDI
İqtisadiyyat
14:42 / 29.10.2024
7277
Beynəlxalq ödənişlərin 49 faizi ABŞ dollarında həyata keçirilib.
Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı “Cryptoglobe.com” saytı yayıb. Sayt SWIFT məlumatlarına istinadən bildirib ki, son iki ildə beynəlxalq ödənişlərdə dolların payı 9 faiz bəndi artıb və son 12 ilin ən yüksək səviyyəsinə çatıb.
Dolların əsas rəqibi olan avronun isə əməliyyatlarda payı azalır. Avronun qlobal ödənişlərdə payı 39 faizdən 21 faizə enib.
Nəşrin məlumatına görə, Çin yuanının istifadəsi ötən il təxminən 2 faiz bəndi artaraq 5 faizə çatıb.
Vasif