Kapital Bank-ın sponsorluğu ilə “Agile Azerbaijan International Summit-2024” keçiriləcək

Kapital Bank-ın sponsorluğu ilə “Agile Azerbaijan International Summit-2024” keçiriləcək

Ölkənin birinci bankı Kapital Bank-ın sponsorluğu ilə 22 oktyabr 2024-cü il tarixində “Agile Azerbaijan International Summit-2024” (“Agile Azərbaycan Beynəlxalq Sammiti -2024”) həyata keçiriləcək. Tədbir regionda Agile metodologiyalarına və onların müxtəlif sahələrdə, o cümlədən məhsul inkişafı və innovativ texnologiyalarda tətbiqinə həsr olunan ən böyük tədbirlərindən biridir. Sammitin builki əsas istiqamətləri “Agile-ın məhsulun inkişafı və idarə edilməsinə təsiri”, eləcə də “Süni İntellekt (AI) və onun Agile yanaşmalarına inteqrasiyası” olacaq. Eyni zamanda tədbirdə Agile metodologiyalarına aid olan bir çox vacib mövzu müzakirə ediləcək.  

 

• Məhsul inkişafında Agile — çevik yanaşmalar uğurlu məhsulların yaradılmasına necə kömək edir?

• Süni İntellekt və Agile — AI inkişaf proseslərini və layihə idarəetməsini necə təkmilləşdirə bilər?

• Agile metodologiyalarından istifadə edərək məhsulun həyat dövrünün idarə edilməsi praktikası

• Sənaye liderlərinin təcrübə mübadiləsi — uğur hekayələri və praktiki nümunələr

 

Bundan əlavə sammitdə Agile, məhsul idarəetməsi və AI sahəsində dünya ekspertlərinin çıxışları, əsas mövzular üzrə praktiki təlimlər və panel müzakirələri, eləcə də təcrübə mübadiləsi və peşəkar əlaqələrin genişləndirilməsinə imkan yaradan sessiyalar həyata keçiriləcək.

 

Ətraflı məlumat üçün: //agileazerbaijan.com/

 

Azərbaycanın maliyyə sektorunun liderlərindən olan Kapital Bank artıq 4 ildir ki, Agile metodologiyasını tətbiq edir və bu istiqamətdə böyük uğurlar əldə edib. Kapital Bank eyni zamanda ən böyük işəgötürən şirkətlərdən biri olaraq “Great Place to Work” (“Mükəmməl iş yeri”) sertifikatına layiq görülüb. Qeyd edək ki, “Great Place to Work” beynəlxalq tədqiqat və konsaltinq şirkəti olaraq 5 qitədə, 60-dan çox ölkədə fəaliyyət göstərir və şirkətlərin işçiləri tərəfindən necə qiymətləndirildiyini, sektordakı yerini, eləcə də kommunikasiya strategiyalarını ölçərək ən yüksək nəticə əldə edən şirkətlərə eyniadlı sertifikatı təqdim edir. 

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.


OXŞAR XƏBƏRLƏR

Kollagen haqqında məşhur mif dağıdılıb - Yeni TƏDQİQAT

Müntəzəm zülal əlavələri kollagen qədər effektiv şəkildə qırışların qarşısını ala bilər. Sfera.az xəbər verir ki, bu barədə Daily Mail-ə Lancaster Universite...

Eminem hamilə qızına yeni klip həsr edib: Təsir edici kadrlar

51 yaşlı amerikalı reper Eminem "Temporary" mahnısına çəkdirdiyi klipi yayımlayıb.   Sfera.az bildirir ki, Eminemin yeni klipi yeganə övladı ...

Maykl Cordan üçün hazırlanmış 2 milyonluq avtomobilini nümayiş etdirdi - FOTOLAR

Maykl Cordanın avtomobil kolleksiyası yeni maraqlı superkarla tamamlanıb. Sfera.az xəbər verir ki, ulduz basketbolçu oktyabrın əvvəlində bu avtomobili alıb. ...

Puff Daddinin sevgilisinin kitab-gündəliyi satışdan yığışdırıldı

Puff Daddinin Kimberli (Kim) Porter adlı sevgilisi "Kimin İtirilmiş Sözləri: Digər tərəfdən Ədalətə Səyahət" adlı 60 səhifəlik kitabı “Amazon&rd...

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Bu gün müəllimlərin peşə bayramıdır.   Sfera.az xatırladır ki, 5 oktyabr Azərbaycanda müəllimlərin peşə bayramı qeyd olunur.   Belə ki, 19...

Prezidentdən Cəbrayılla bağlı paylaşım - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev "Facebook" sosial şəbəkə hesabında Zəfər tariximiz - Cəbrayılın Ermənistan işğalından azad edilməsinin dördüncü ild...