Azərbaycanın əsas makroiqtisadi göstəriciləri yaxşılaşır - TƏHLİL

Azərbaycanın əsas makroiqtisadi göstəriciləri yaxşılaşır - TƏHLİL

2024-cü ildə Azərbaycanın əsas makroiqtisadi göstəricilərində yaxşılaşma davam edib.

 

Sfera.az xəbər verir ki, ilin yanvar-avqust aylarını əhatə edən ilk 8 ayda ümumi daxili məhsul (ÜDM) istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz artıb. Bu göstərici ÜDM-dəki real artımı göstərir.

 

Ötən ilin ilk 8 ayında real artım cəmi 0,8 faiz idi. ÜDM-nin real olaraq böyüməsi iqtisadiyyatın böyüməsi anlamını verir ki, bu da müsbət göstəricidir. Bu il ÜDM qeyri neft-qaz sektoru daha böyük sürətlə böyüyüb. Əvvəlki ilin yanvar-avqust ayları ərzində iqtisadiyyatın qeyri neft-qaz sektoru 2,6 faiz böyüdüyü halda, bu ilin səkkiz ayında 6,9 faiz böyüyüb. Qeyri neft-qaz sektorunda baş verən müsbət dəyişiklik sadəcə real göstəricilərin yaxşılaşmasından ibarət deyil.

 

Bu il qeyri neft-qaz sektorunun nominal dəyərində də ciddi artım var. İlk 8 ayda qeyri neft-qaz iqtisadiyyatının nominal dəyəri 3,7 milyard manat artaraq 46,3 milyard manata çatıb. Əsas kapitala investisiya qoyuluşunda artım 2024-cü ildə də davam edib. Amma ötən ilə nisbətən artım sürəti xeyli zəifləyib. Bir il əvvəl əsas kapitala sərmayə qoyuluşu 15,4 faiz artdığı halda, cari ilin 8 ayında 1,7 faiz artıb.

 

Əhalinin nominal gəlirlərində də artım davam edib. Cari ildə əhalinin nominal gəlirləri 6,1 faiz artıb. Ötən illə müqayisədə əhalinin nominal gəlirləri xeyli azalıb. 2023-cü ilin yanvar-avqust aylarında nominal gəlirlər 14,3 faiz artmışdı. Əvvəlki ilə nisbətən nominal gəlirlərinin yüksək olmasının səbəbi inflyasiyanın yüksək olması ilə əlaqəli idi. Həmin dövrdə inflyasiya 11,7 faiz olmuşdu, amma bu il inflyasiya 1,3 faizə enib.

 

İnflyasiyanı nəzərə almasaq, əhalinin real gəlirləri bu il 4,8 faiz artıb. Real gəlirlərdə qeydə alınan artım sürəti ötən illə müqayisədə xeyli yüksəkdir. Ötən il əhalinin real gəlirləri 2,6 faiz artıb. Əhalinin gəlirlərindəki artım sürətinə maaşlardakı artım sürəti də təsir edib. 2024-cü ildə orta əməkhaqqı 8,3 faiz artıb ki, bu da aşağı inflyasiya şəraitində olduqca yaxşı göstəricidir.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Həcc ziyarətindəki zəvvarlarımızın ölkəyə qayıdışı necə TƏŞKİL OLUNACAQ? – QMİ-dən AÇIQLAMA

“Baş verən son hadisələrlə əlaqədar, (İsrailin İrana endirdiyi hava zərbələri - red.) Həcc ziyarətindən gələn zəvvarların Azərbaycana qayıtmasında heç bir...

KİV:İsrailin İrandakı əməliyyatı 14 gün davam edəcək

İsrail İrana qarşı əməliyyatı 14 gün ərzində aparmağı planlaşdırır.   Sfera.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yük...

Sürücülərin NƏZƏRİNƏ – Bu küçələrdə hərəkət MƏHDUDLAŞDIRILACAQ

Bakıda bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobil Yolları ...

Zakir Həsənovdan Bağerinin ölümü ilə bağlı BAŞSAĞLIĞI

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağ...

Əli Əsədovdan Laçın şəhəri ilə bağlı QƏRAR

Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.   Sfera.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb....

Estetik əməliyyatlarına 11 milyon xərcləyibmiş...

Türkiyəli influenser Danla Bilic indiyədək etdirtdiyi estetik əməliyyatların məbləğini açıqlayıb.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ...