Azərbaycan əhalisi ən çox pulu bu məhsullara xərcləyir - Statistika


Azərbaycan əhalisi ən çox pulu bu məhsullara xərcləyir - Statistika

Azərbaycan əhalisi pərakəndə ticarət zamanı ərzaq məhsullarından ən çox pulu tərəvəz məhsullarının alınmasına xərcləyir.


Sfera.az xəbər verir ki, 2023-cü ildə əhali ərzaq məhsullarının alınmasına 33 milyard manat ayırıb. Bu qədər vəsaitin 7,9 milyard manata yaxını, yəni 24 faizi tərəvəzlərin alınmasına xərclənib.


Tərəvəzlərə çəkilən xərclərdə son illərdə ciddi artım var. 2019-cu ildə əhali tərəvəz alınmasına 2,23 milyard manat xərcləmişdisə, ötən il bu məhsul qrupu üzrə xərclər 3,54 dəfə və ya 5,67 milyard manat artıb.


Son illərdə tərəvəzlərə çəkilən xərcin bu qədər artmasının əsas səbəbi bahalaşmadır. Son 5 ildə tərəvəzlərin qiyməti 2,2 dəfədən çox artıb.


Xatırladaq ki, beş il əvvəl əhali ən çox pulu ət və ət məhsullarına xərcləyirdi. Hazırda ət və ət məhsullarına çəkilən xərc (4,52 milyard manat) böyüklüyünə görə ikinci sıradadır.


Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR