MİDA Bakıda yeni sosial mənzillərin tikintisinə başlayır


MİDA Bakıda yeni sosial mənzillərin tikintisinə başlayır

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıda yeni sosial mənzillərin tikintisinə başlayır.

 

Sfera.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq Agentlikdən bildirilib.

 

Yeni yaşayış kompleksi Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 5,83 ha torpaq sahəsində inşa ediləcək.

 

Agentlik artıq yeni yaşayış kompleksinin tikintisi ilə əlaqədar şəhərsalma əsaslandırılması, tikinti layihəsinin hazırlanması və müəllif nəzarətinin aparılması ilə bağlı hazırlıqlara başlayıb.

 

Qeyd edək ki, eyni zamanda Abşeron rayonunun Saray qəsəbəsində də 4,5 ha torpaq sahəsində yeni sosial mənzillərin tikintisi nəzərdə tutulub. MİDA bu yeni yaşayış kompleksinin inşası ilə əlaqədar şəhərsalma əsaslandırılması, tikinti layihəsinin hazırlanması və müəllif nəzarətinin aparılması işlərinə start verib.

 

Xatırladaq ki, MİDA-nın bundan əvvəl ölkə üzrə tamamlanan layihələrindən ikisi Hövsanda yerləşir. Hazırda inşası nəzərdə tutulan layihə Hövsanda üçüncü yaşayış kompleksi olacaq.


OXŞAR XƏBƏRLƏR

Konyada çökən binada axtarış-xilasetmə tədbirləri bitib - Daha 1 meyit tapılıb

Konyada 4 mərtəbəli binanın çökməsi səbəbilə başladılan axtarış-xilasetmə tədbirləri bitib.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, d...

Milyonlarla Gürcüstan vətəndaşının şəxsi məlumatları internetə sızdırılıb

Milyonlarla Gürcüstan vətəndaşının şəxsi məlumatları internetə sızdırılıb.   Sfera.az xəbər verir ki, bu barədə "Cybernews" nəşri məlumat y...

Qusarda hərbi hissədə nöqsanlar aşkar edilib - FOTOLAR

Ombudsman Aparatının əməkdaşları Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən İntizam xarakterli hərbi hissəsinə başçəkmə keçirib.   Bu barədə Sfera...

İşğal dövründə Rusiya Ermənistan üçün bunları daşıyırmış - VİDEO

Ermənistan Silahlı Qüvvələri üçün xüsusi olaraq Rusiya Federasiyası ərazisində hazırlanan müxtəlif hərbi təyinatlı məhsulların Ermənistan Xarici İşlər Nazirliyi...

Hikmət Mirzəyev Türkiyədə Müştərək Xüsusi Tapşırıq Qüvvələri Komandanlığı və sərhəd postuna baxış keçirib

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev və onun rəhbərlik etdiyi he...

"Qarabağ" UEFA reytinqində geriləyib

Klubların yeni UEFA reytinqi açıqlanıb.   Sfera.az xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasında VII turun bu həftə keçirilən oyunları bəzi d...