Yanacağın bahalaşması inflyasiya sürətinə təsir edəcəkmi? - İyun ayından...

Yanacağın bahalaşması inflyasiya sürətinə təsir edəcəkmi? - İyun ayından...

2024-cü ilin iyununda Azərbaycanda illik inflyasiya 1,1 faizə yüksəlib.

 

Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu ilin aprelinə kimi illik inflyasiya sürətində azalma tempi müşahidə edilsə də son 2 ayda bahalaşmanın sürəti artıb.

 

Xatırladaq ki, 2023-cü ilin sonunda 2,1 faiz olan illik inflyasiya apreldə sıfır həddinə düşmüşdü. Amma bu ilin may ayından yenidən inflyasiya sürətində güclənmə baş verib.

 

Mayda illik bahalaşma 0,3 faizə yüksələndən sonra iyunda 1,1 faizə çatıb. İllik inflyasiya ilə bərabər dövrü inflyasiyanın da sürəti güclənir.

 

2024-cü ilin yanvar-may dövründə orta inflyasiya 0,6 faiz olduğu halda, yanvar-iyunda orta inflyasiya 0,7 faizə yüksəlib. İllik inflyasiya sürətinin yenidən güclənməsi ərzaq məhsulları ilə bağlıdır. Artıq iyun ayından ərzaq qiymətlərində enmə dayanıb. Halbuki əvvəlki aylarda illik müqayisədə ərzaq məhsullarında ucuzlaşma 1-2 faiz təşkil edirdi.

 

Son aylarda dünyada ərzaq qiymətlərinin artması Azərbaycanda da müşahidə olunur. Böyük ehtimalla iyul ayında inflyasiya sürətində güclənmə davam edəcək. Yanacağın bahalaşmasının inflyasiya sürətinə artırıcı təsir edəcəyi dəqiqdir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Hikmət Mirzəyev Türkiyə-Suriya sərhədinə baş çəkib

Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı Selçuk Bayraktaroğlu və qardaş ölkədə səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları ko...

Xaçmazda göldə 40 yaşlı kişinin meyiti tapılıb - Foto

Xaçmazda göldə 40 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az bildirir ki, "Report"un Şimal bürosunun məlumatına görə, meyit rayonun Yergüc kə...

Bu ərazidə evlər bərpa olunacaq, yeni binalar tikiləcək - QƏRAR

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti tərəfindən Zaqatala ra...

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında CGTN telekanalına müsahibəsindən görüntülər paylaşılıb - VİDEO

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarında yanvarın 20-də Davosda CGTN (China Global Television Network) telekanalına müsahibəsindən görüntülər p...

"TikTok"un işində problemlər yaranıb

Rusiyalı istifadəçilər “TikTok”un işində problemlərdən şikayətlənirlər.   Sfera.az xəbər verir ki, bu barədə  “Roskomnadzor&rd...

Zelenski və Sandu Azərbaycan qazının vacibliyindən danışıblar

Azərbaycan kifayət qədər böyük qaz həcminə malikdir. Hansı ki, bu, Ukraynaya, Moldovaya, Slovakiya və digər ölkələrə də bəs edər.   Sfera.az xəbər ve...