Azərbaycan əhalisinin bu mənbələr üzrə gəlirləri azalır - RƏQƏMLƏR

Azərbaycan əhalisinin bu mənbələr üzrə gəlirləri azalır - RƏQƏMLƏR

Azərbaycanda ev təsərrüfatlarının son illərdə gəlirlərinin strukturunda dəyişiklik müşahidə edilir. Bu dəyişikliklər nəticəsində bəzi gəlir növlərinin payı artır, bəzi gəlir növlərinin payında isə azalma baş verir.

 

Sfera.az xəbər verir ki, ümumi gəlirlərdə payı artan mənbələr maaş, pensiya və sosial ödənişlərdir. Digər gəlir mənbələrinin isə ümumi gəlirdə payı azalır.

 

Bunu 2015 və 2023-cü illərə aid olan göstəricilərin müqayisəsindən görmək mümkündür.

 

2015-ci ildə aylıq adambaşına düşən hər 100 manatlıq gəlirin 33 manatı maaşlardan, 13 manatı pensiyalardan, 1,6 manatı digər sosial ödənişlərdən ibarət idi. 2023-cü ildə hər 100 manatlıq gəlirdə maaşların payı 38 manata, pensiyaların payı 17 manata, digər sosial ödənişlərin payı 3 manata çatıb.

 

Hər üç mənbə üzrə ciddi artımın olduğu görünür. 2015-ci illə müqayisədə adıçəkilən mənbələr üzrə gəlirlərin daha çox artmasının səbəbi bu dövrdə maaş, pensiya və sosial ödənişlərin məbləğindəki böyük artımla əlaqədardır. Son 8 ildə əhalinin gəlirlərində digər mənbələrin payı azalıb. 2015-ci ildə əhalinin gəlirində özünüməşğulluqdan gəlirlər ən böyük paya sahib idi.

 

Həmin ildə hər 100 manatlıq gəlirin 40 manatı bu mənbə hesabına təmin olunurdu. Amma 2023-cü ildə özünüməşğulluqdan gəlirlər 33 manata düşüb. 2015 və 2023-cü illərin müqayisəsindən görünür ki, kənd təsərrüfatından gəlirlər 13,4 manatdan 10,7 manata, əmlakın icarəyə verilməsindən gəlirlər 0,7 manatdan 0,2 manata, ölkə daxilində digər ailələrdən alınan vəsaitlər 8,2 manatdan 7,5 manata, ölkə xaricindən alınan vəsaitlər 2,6 manatdan 1,7 manata düşüb. Bu dəyişiklik göstərir ki, qarşıdakı illərdə də əhalinin gəlirlərinin artımında maaş, pensiya və sosial ödənişlərin rolu böyük olacaq. Maaş və sosial ödənişlər artdıqca gəlirlər də daha sürətlə artacaq.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Türkiyədə fabriklərdə başlayan yanğın söndürüldü- YENİLƏNDİ - 2

Türkiyənin Bursa şəhərində fabriklərdə başlayan yanğın söndürülüb.   Sfera.az xəbər verir ki, bu barədə “Star” məlumat yayıb. &nb...

Baydenin Kamala Harrisi namizəd etməsinin SƏBƏBLƏRİ: "Prezident yenidən seçilə bilmirsə..."

Xəbər verdiyimiz kimi, ABŞ-nin hazırkı Prezidenti Co Bayden vitse-prezident Kamala Harrisi dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürüb. ...

Ağadadaş Ağayevlə bağlı insidentin baş verdiyi hospital generala məxsusdur - VİDEO

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevlə bağlı insident "MedEra Hospital"da baş verib. Bu hospital isə dəfələrlə xoşagəlməz had...

Muxtar Babayev Cənubi Afrika Respublikasının ətraf mühit naziri ilə GÖRÜŞDÜ

COP29-un prezidenti Muxtar Babayev Cənubi Afrika Respublikasının ətraf mühit, meşə təsərrüfatı naziri Corc Dion ilə görüşüb.   Sfera.az xəbər verir k...

Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyət istiqamətləri GENİŞLƏNDİRİLDİ

Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyət istiqamətləri genişləndirilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “...

Əhməd Əhmədovun növbəti məhkəmə prosesi TƏXİRƏ SALINDI

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi təxirə salınıb.   Sfera.az xəbər veri...